9
BAKI, AzerVoice
Londonun ICE birjasında bu ilin avqust ayı üçün tədarükü nəzərdə tutulan "Brent" markalı neftin fyuçersləri bir barel üçün 76,19 dollara düşüb
AzerVoice xəbər verir ki, bu barədə ticarət məlumatları göstərir.
Bakı vaxtı ilə saat 19:10-a olan məlumata görə, "Brent" neftinin qiyməti 0,82 dollar və ya 1,06 faiz ucuzlaşıb. Beləliklə, "Brent"in qiyməti bir barel üçün 76,19 dollar təşkil edib.
Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" markalı neftin fyuçersləri isə 0,87 dollar və ya 1,18 faiz azalaraq bir barrel üçün 72,97 dollar səviyyəsinə enib.