BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Qazaxıstana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz azalaraq, 41 milyon 321 min 97 dollara bərabər olub.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin oktyabr ayında Qazaxıstana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 47,5 faiz azalaraq, 3 milyon 416 min 40 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 6 milyard 581 milyon 163 min dollara bərabər olub.
“Bu ilin oktyabr ayında Türkiyə 732 milyon 440 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 6,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 7 milyard 959 milyon 351 min dollar məbləğində mebel ixrac edib.