Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Mədəniyyət

    Türk dünyası mədəni kodu və incəsənəti qeyd edilib - Çimkənddə “MIRAS” Beynəlxalq Forumu öz işinə başlayıb

    21 Noyabr 2025 17:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    21 noyabr 2025-ci il tarixində Çimkənd şəhərində “MIRAS” Beynəlxalq Türk Etnodizaynerləri Forumunun təntənəli açılış mərasimi keçirilib.

    AzerVoice xəbər verir ki, forum Türk Mədəniyyəti və İrsi Fondu və Çimkənd şəhəri Akimatının birgə əməkdaşlığı ilə təşkil olunub.

    Forum çərçivəsində “Türk geyimşünaslığı və ornament semiotikası” adlı beynəlxalq elmi-maarifləndirici konfrans baş tutub.

    Forumun məqsədi türk dünyasının dekorativ-tətbiqi sənəti sahəsində yeni ideya və yaradıcı təşəbbüsləri dəstəkləyən müasir bir platforma formalaşdırmaq, zəngin mədəni irsi geniş şəkildə təbliğ etmək və gənclərin türk mədəniyyətinə marağını artırmaqdan ibarətdir.

    Beynəlxalq Forumun açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ənənəvi türk ornamentlərinin türk xalqlarının tarixi yaddaşını və mənəvi kimliyini yaşadan mühüm mədəni kod olduğunu xüsusi qeyd edib. O bildirib ki, ornament yalnız dekorativ element deyil, nəsildən-nəslə ötürülən müqəddəs semiotik sistemdir və bu mirası qorumaq və gənc nəslə çatdırmaq mühüm bir məsuliyyətdir.

    Fondun prezidenti Aktotı Raimkulova “MIRAS” Forumunu ideyaların qovuşduğu, istedadların bir araya gəldiyi və milli incəsənətə yeni nəfəs gətirən güclü bir platforma kimi səciyyələndirərək Çimkənd Akimatına göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib. İştirakçılara ilham, yaradıcılıq və əcdadlardan miras qalmış bu bənzərsiz irsin təbliği yolunda uğurlar arzulayıb.

    Çimkənd şəhərinin Akim müavini Kuranbek Sarsenin iştirakı tədbirin əhəmiyyətini daha da artırıb və şəhər rəhbərliyinin türk dünyasının mədəni və yaradıcılıq irsinin təşviqinə verdiyi güclü dəstəyi bir daha nümayiş etdirib.

    Forum Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın aparıcı beynəlxalq elmi-tədqiqat institutları və tarixi-mədəniyyət mərkəzlərindən gəlmiş tədqiqatçıları, folklorşünasları, incəsənətşünasları, etnoqrafları və etnodizaynerləri bir araya gətirib. Bununla yanaşı, magistrantlar, doktorantlar, eləcə də tanınmış dövlət və ictimai xadimlər də tədbirdə iştirak ediblər.

    #Türkiyə #Azərbaycan #Qazaxıstan #Özbəkistan #Qırğızıstan #Türkmənistan #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Baş nazir Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi ilə görüşüb

    21 Noyabr 2025 17:48

    Rusiya Azərbaycanın Kiyevdəki səfirliyinin binasına dəyən ziyana görə təəssüfünü bildirib

    21 Noyabr 2025 17:23

    Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzi açılıb

    21 Noyabr 2025 16:04

    Azərbaycanın turizm heyəti COP30 tədbirində təmsil olunub

    21 Noyabr 2025 15:27

    Qazaxıstan Ermənistan və Azərbaycanın sülhə nail olmaq səylərini alqışlayır - Tokayev

    21 Noyabr 2025 15:02

    Türkiyədən Türkmənistana polad ixracı 117 milyon dolları keçib (ÖZƏL)

    21 Noyabr 2025 13:34

    Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadın formalaşması vacibdir - Xaçaturyan

    21 Noyabr 2025 12:31

    Bu ilin 10 ayında pensiya ödənişlərinə yönəldilən vəsaitin məbləği məlum olub

    21 Noyabr 2025 12:17

    Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər

    21 Noyabr 2025 12:04

    Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı artıb (ÖZƏL)

    21 Noyabr 2025 11:29

    Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Bakıya səfər edib

    21 Noyabr 2025 11:10

    Azərbaycan ABŞ ilə Orta Dəhliz və Zəngəzur dəhlizi üzrə görülən işləri müzakirə edib

    21 Noyabr 2025 10:36
    Demo
    XƏBƏR LENTİ

    Baş nazir Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi ilə görüşüb

    Qəzzada atəşkəsə baxmayaraq hər gün 2 uşaq İsrail hücumlarında həlak olur - UNICEF

    Türk dünyası mədəni kodu və incəsənəti qeyd edilib - Çimkənddə “MIRAS” Beynəlxalq Forumu öz işinə başlayıb

    Rusiya Azərbaycanın Kiyevdəki səfirliyinin binasına dəyən ziyana görə təəssüfünü bildirib

    Türkiyədən Rusiyaya mebel ixracı azalıb (ÖZƏL)

    Çelsinin ulduzu Barselona qarşılaşmasında meydanda olmayacaq

    İsveçrə səfiri AZPROMO-da olub

    Azərbaycan və Vyetnam arasında təhlükəsizlik sahəsində əməkdaşlıq Sazişi təsdiq edilib

    İsrail atəşkəsin ikinci mərhələsi üçün xüsusi qrup yaradıb

    Pakistanın Faysalabad şəhərində fabrik partlayışında 15 nəfər həlak olub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.