BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Qırğızıstana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 faiz azalaraq, 51 milyon 241 min 24 dollara bərabər olub.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin oktyabr ayında Qırğızıstana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz azalaraq, 5 milyon 496 min 38 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 7 milyard 887 milyon 219 min dollara bərabər olub.
“Bu ilin oktyabr ayında Türkiyə 840 milyon 857 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 0,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 9 milyard 521 milyon 88 min dollar məbləğində tekstil ixrac edib.