BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə 2025-cü ilin avqust ayında İrana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz azalaraq, 249 min 14 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən İrana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 65,7 faiz artaraq, 2 milyon 900 min 73 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 azalaraq, 986 milyon 646 min dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 137 milyon 420 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 7 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 1 milyard 477 milyon 735 min dollar məbləğində dəri ixrac edib.