Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    Nüfuzlu qlobal oyun şirkəti “Xsolla” Azərbaycan texnoparkında fəaliyyət göstərəcək.

    18 Sentyabr 2025 14:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Dünyanın aparıcı videooyun kommersiya şirkətlərindən biri olan “Xsolla” İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Pirallahı Yüksək Texnologiyalar Parkında rezident statusunu alıb.Texnopark rezidentliyi “Xsolla” üçün texnoparkdan kənar (virtual) fəaliyyət göstərmək, eləcə də bir sıra imtiyazlardan faydalanmaq imkanı yaradır. Belə ki, rezindentlik çərçivəsində şirkət 10 il müddətinə sosial sığorta haqqı, mənfəət, torpaq, əmlak, dividend və bir sıra digər vergilərdən azad olacaq.

    AzerVoice xəbər verir ki Texnopark rezidentliyinin verdiyi imtiyazlar sayəsində “Xsolla” Azərbaycanın rəqəmsal oyun ekosisteminə daha intensiv və səmərəli yatırımlar etmək imkanına sahib olacaq. Bu da öz növbəsində oyun sənayesinin dinamik inkişafı, qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiqi və oyun studiyalarının həm yerli, həm də qlobal bazarda tanınması yönündə real perspektivlər yaradacaq. “Xsolla”, həmçinin ölkəyə yüksəkixtisaslı kadrların cəlb olunmasına və ixtisaslaşmış infrastrukturun inkişafına da təsir göstərəcək.

    İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli bildirib ki, “Xsolla”nın Azərbaycan texnoparkında fəaliyyətə başlaması yerli ekosistem üçün olduqca əhəmiyyətli hadisədir:

    “Xsolla kimi qlobal oyun şirkətinin Azərbaycanda fəaliyyətini genişləndirməsi ölkədə oyun sənayesinin yüksəlişdə olduğunu göstərir. Ümumiyyətlə, qlobal oyunçuların Azərbaycana gəlməsi birmənalı olaraq yerli oyun ekosisteminin sürətli inkişafına təkan verir. Bununla yanaşı, həm innovasiyaların tətbiqi, həm də İT sahəsində insan kapitalının inkişafı sürətlənir.”

    Qeyd edək ki, “Xsolla” qlobal oyun biznesində kommersiya əməliyyatlarının 72%-ni həyata keçirən platformadır və bu sahədə 20 illik təcrübəyə sahibdir. İRİA ilə bu şirkətin əməkdaşlığı çərçivəsində yerli oyun ekosisteminin inkişafı istiqamətində ilk beynəlxalq inkubasiya proqramı reallaşdırılıb, eləcə də yaxın zamanda “Xsolla StarNest Academy” və digər ortaq layihələrin başladılması nəzərdə tutulub.

    #Azərbaycan #texnologiya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Çempionlar Liqasında tarixi oyun - Qarabağ – Çelsi matçı heç-heçə bitdi

    5 Noyabr 2025 23:42

    Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə və hərbi əməkdaşlıq əlaqələri müzakirə edilib

    5 Noyabr 2025 17:34

    Sahibə Qafarova COP30-da iştirak üçün Braziliyaya işgüzar səfərə gedib

    5 Noyabr 2025 17:09

    Azərbaycan və Rumıniya milli xəbər agentlikləri arasında əməkdaşlıq müzakirə olunub

    5 Noyabr 2025 16:59

    Gələcəyin Peşələri Sammiti bu dəfə Bakı şəhərində keçiriləcək

    5 Noyabr 2025 16:33

    Bakıda məşhur restoranda Fələstin bayrağı mübahisəsi

    5 Noyabr 2025 15:46

    A-95 markalı benzinin istehsalı davam etdiriləcək - SOCAR

    5 Noyabr 2025 15:38

    Azərbaycan və Suriya: köhnə Yaxın Şərqdə yeni enerji geosiyasəti

    5 Noyabr 2025 13:58

    Gələn ildən pensiyalar 9,2 % artırılacaq – Deputat

    5 Noyabr 2025 12:30

    Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

    5 Noyabr 2025 12:22

    2026-cı ildə ölkə üzrə yaşayış minimumu 5,3 %-dək artırılacaq

    5 Noyabr 2025 11:59

    Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək

    5 Noyabr 2025 09:54
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Rusiyada bolşevik qiyamı oldu

    Rusiya nüvə sınaqlarına hazırlaşır

    Bu gün Linkoln prezident seçildi

    Tarixdə bu gün - 6 noyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 6 noyabr

    Çempionlar Liqasında tarixi oyun - Qarabağ – Çelsi matçı heç-heçə bitdi

    MİT rəhbəri HƏMAS-la atəşkəs prosesini müzakirə edib

    Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib

    2026-cı il üçün DSMF-nin, İSF-nin büdcələri, yaşayış minimumu və ehtiyac meyarı müzakirə olunub

    Azərbaycanda Milli Qiymətləndirmə Standartları hazırlanacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.