Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Azərbaycanda Milli Qiymətləndirmə Standartları hazırlanacaq

    5 Noyabr 2025 21:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib.

    AzerVoice-a AQC-dən verilən məlumata görə, iclasın gündəliyində bir neçə məsələ müzakirə olunub. İlk olaraq AQC sədri Vüqar Oruc tərəfindən Milli Qiymətləndirmə Standartlarının hazırlanması və Beynəlxalq Qiymətləndirmə Standartlarının son variantının tərcüməsi istiqamətində işlərin aparılması təklif edilib və bu barədə qərar qəbul olunub.

    Bildirilib ki, mövcud beynəlxalq praktikadan istifadə etməklə Azərbaycan qanunvericiliyinə uyğun standartlar hazırlanmalıdır. Həmçinin bu işlərin həyata keçirilməsi üçün mütəxəssislərdən ibarət işçi heyətinin formalaşdırılması qərara alınıb.

    Son dövrlər ixtisas imtahanlarının Dövlət İmtahan Mərkəzindən alınaraq başqa quruma verilməsi ilə bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna dəyişiklik təklifinə münasibət bildirən AQC İdarə Heyəti bu addımın imtahan prosesinin obyektivliyinə təhlükə yarada biləcəyi səbəbindən qəbuledilməz olduğunu vurğulayıb.

    İclasda həmçinin AQC-nin Beynəlxalq Əlaqələr və Maliyyə Departamentlərinin yeni rəhbərləri müəyyən edilib. İdarə Heyətinin üzvlərinin yekdil qərarı ilə Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Asif Yusubov, Maliyyə Departamentinin rəhbəri isə Xətai Teymurov təsdiq olunub.

    Sonda təşkilatın beynəlxalq əlaqələrinin genişləndirilməsi və cari məsələlər də müzakirə edilib.

    #Vüqar Oruc #Dövlət İmtahan Mərkəzi (DİM) #Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) #Milli Qiymətləndirmə Standartları #Beynəlxalq Qiymətləndirmə Standartları #AQC-nin Beynəlxalq Əlaqələr və Maliyyə Departamentləri #Asif Yusubov #Xətai Teymurov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nick Talbot Vüqar Oruca təşəkkür məktubu göndərib

    30 Yanvar 2026 13:52

    Vüqar Oruc “İlin iqtisadçı-eksperti” mükafatına layiq görüldü

    29 Yanvar 2026 12:39

    2026-cı ildə tikinti bazarında durğunluq yaranacaq - Vüqar Oruc

    26 Yanvar 2026 14:38

    AYNA beynəlxalq yükdaşıma sektorunda yeni layihəyə başlayır: 5000 yeni sürücü

    17 Yanvar 2026 15:54

    Qəzalı və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır - Vüqar Oruc

    15 Yanvar 2026 09:33

    AQC ilə Bakı Avrasiya Universiteti arasında memorandum imzalanıb

    19 Dekabr 2025 18:42

    2026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?

    16 Dekabr 2025 12:25

    Türk coğrafiyasındakı bütün qiymətləndiricilər vahid platformada birləşəcək

    3 Dekabr 2025 14:08

    Mədəniyyət Nazirinin keçmiş müşavirinə AQC-də yeni vəzifə verildi

    12 Noyabr 2025 17:29

    Dövlət İmtahan Mərkəzi ictimaiyyət üçün açıq görüşlərə start verir

    23 Sentyabr 2025 16:37

    DİM bu gün əlavə imtahanlar keçirib

    7 Sentyabr 2025 13:35

    Cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçiriləcək - DİM

    2 Sentyabr 2025 11:01
    Demo
    XƏBƏR LENTİ

    Kanadada Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindən görüntülər paylaşılıb

    Səudiyyə Ərəbistanı və İran xarici işlər nazirləri regional sabitliyi müzakirə ediblər

    Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammiti çərçivəsində bir sıra görüşlər keçirib

    Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammitində iştirak edib

    Berlin-Tehran gərginliyi - İran XİN rəhbəri Mertsin İran siyasətini tənqid etdi

    "Enerji sektorunda kibertəhlükəsizlik və Kiberpoliqon platformasının imkanları" adlı təlim keçirilib

    Keçən il Türkiyənin Aliağa limanı 6 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Səudiyyə Ərəbistanı Almaniya sənayesi üçün strateji bazara çevrilir - Merts

    Avropa İttifaqında Rusiya ilə birbaşa danışıqlar çağırışları güclənir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.