BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar-avqust aylarında Qazaxıstan vətəndaşları Türkiyədə 443 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 249 obyekt azdır.
Bu barədə AzerVoice -ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, bu ilin avqust ayında Qazaxıstan vətəndaşları Türkiyədə 68 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin iyul ayı ilə müqayisədə 30 obyekt azdır.
Qeyd edək ki, 2025-ci ilin avqust ayında Türkiyədə 143 min 319 mənzil satın alınıb ki, bu da 2024-cü ilin avqust ayı ilə müqayisədə 6,8 faiz çoxdur.
Məlumata görə, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyədə 978 min 70 mənzil satın alınıb.
"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.
2025-ci ilin avqust ayında Türkiyədə xarici vətəndaşlara min 810 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz azdır.
Eyni ilin yanvar-avqust aylarında əcnəbi vətəndaşlar Türkiyədən 13 min 77 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz azdır.