BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə 2025-cü ilin avqust ayında Özbəkistana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 39,2 faiz azalaraq, 5 milyon 975 min 85 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Özbəkistana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz azalaraq, 45 milyon 865 min 78 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 artaraq, 26 milyard 546 milyon 824 min dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 2 milyard 732 milyon 652 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1,3 faiz artaraq” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 40 milyard 238 milyon 31 min dollar məbləğində avtomobil ixrac edib.