Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan
Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.
TurkicWorld xəbər verir ki, bu barədə
Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə parlamentlərarası əlaqələrin
gücləndirilməsi, regional sülh və təhlükəsizlikdə parlament
diplomatiyasının əhəmiyyəti, qanunvericilik sahəsində əməkdaşlıq
vasitəsilə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının
dərinləşdirilməsi müzakirə olunub.