Azərbaycanla Çexiya arasında nəqliyyat və tranzit sahələrində
əməkdaşlıq müzakirə edilib.
AzerVoice xəbər verir ki, bu barədə
iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında
paylaşım edib.
"Çex Respublikasına səfərimiz çərçivəsində bu ölkənin nəqliyyat
naziri Martin Kupka ilə görüşdə nəqliyyat və tranzit sahələrində
əməkdaşlıq, infrastrukturun təkmilləşdirilməsi layihələri barədə
danışdıq. İnnovativ ekosistem, kosmik sənaye və startaplar üzrə
irəli sürülən təklifləri müzakirə etdik", - deyə, paylaşımda qeyd
edilib.