Əsas səhifə » May ayında Türkiyə limanları 35 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

May ayında Türkiyə limanları 35 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin may ayında Türkiyə limanları 35 milyon 822 min 570 ton yük qəbul edib.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 677 min 245 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 33 milyon 145 min 325 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin may ayında Türkiyə limanlarından 6 milyon 424 min 286 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- may aylarında Türkiyə limanları 174 milyon 707 min 951 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 12 milyon 459 min 219 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 162 milyon 248 min 732 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- may aylarında Türkiyə limanlarından 28 milyon 735 min 237 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 5 min 626 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 2, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 624 olub.

2025-ci ilin yanvar - may ayında Türkiyə limanları 23 min 663 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 7 min 819, Türkiyə bayrağı altında olan gəmilər isə 15 min 844 olub”, - deyə nazirlikdən bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice