BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin may ayında Rusiyaya xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz azalaraq, 1 milyon 511 min dollara çatdırıb.
Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – may aylarında Türkiyədən Rusiyaya xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,7 faiz azalaraq, 7 milyon 575 min 75 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq, 1 milyard 124 milyon 755 min dollara bərabər olub.
“Bu ilin may ayında Türkiyə 234 milyon 133 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 10,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 2 milyard 795 milyon 207 min dollar məbləğində xalça ixrac edib.