Əsas səhifə » İstanbul hava limanında sərnişindaşıma 31 milyon nəfəri keçib (ÖZƏL)

İstanbul hava limanında sərnişindaşıma 31 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin may ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 31 milyon 898 min 425 nəfər olub.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin may ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 4,1 faiz azalaraq, 6 milyon 386 min 510 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 25 milyon 511 min 915 nəfər təşkil edib.

2025-ci ilin may ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq 1 milyon 303 min 725 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin may ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq, 75 min 583 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 7 faiz azalaraq, 1 milyon 228 min 142 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin may ayı ilə müqayisədə 2 faiz artaraq, 212 min 978 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz azalaraq, 46 min 257, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 166 min 721 olub.

2025-ci ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 85 milyon 356 min 7 nəfər, yük daşınması isə 1 milyon 869 min 382 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Digər Kateqoriyalar

2025 © Azervoice