BAKI, AzerVoice
2025 -ci ilin aprelində Azərbaycandan Türkiyəyə 62 min 569 turist səfər edib ki, bu da 2024-cü ilin apreli ilə müqayisədə 5,52 faiz azdır.
Bu barədə AzerVoice -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,60 faiz təşkil edib.
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə 245 min 642 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz azdır.
2025-ci ilin yanvar-aprel aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 2,32 faiz təşkil edib.
Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin aprelində Türkiyəyə 3 milyon 900 min 546 turist səfər edib ki, bu da ötən ilin apreli ilə müqayisədə 8,1 faiz çoxdur.
2025 -ci ilin yanvar-aprel aylarında 10 milyon 590 min 9 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,60 faiz azdır.