BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin aprel ayında Türkmənistana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq, 1 milyon 503 min 21 dollara çatdırıb.
Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Türkmənistana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7faiz artaraq, 5 milyon 805 min 41 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq, 5 milyard 410 milyon 610 min dollara bərabər olub.
“Bu ilin aprel ayında Türkiyə 1 milyard 227 milyon 668 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 0,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 17 milyard 569 milyon 420 min dollar məbləğində hazır geyim ixrac edib.