Əsas səhifə » HƏMAS Qəzzada ABŞ vətəndaşlığı olan girovu azad edib

HƏMAS Qəzzada ABŞ vətəndaşlığı olan girovu azad edib

BAKI, AzerVoice

HƏMAS, həm İsrail, həm də ABŞ vətəndaşlığına malik olan girov İdan Aleksandrı azad edib.

AzerVoice xəbər verir ki, bu barədə məlumat “İzzəddin əl-Qəssam Briqadaları”nın Telegram kanalında yayımlanan bəyanatda yer alıb.

“Bir qədər əvvəl ‘İzzəddin əl-Qəssam Briqadaları’, İsrail və ABŞ vətəndaşlığına malik girov İdan Aleksandrı azad edib” - deyə, bəyanatda qeyd olunub.

Bundan əvvəl, İdan Aleksandrın Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına təhvil verildiyi bildirilmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice