Əsas səhifə » 2025-ci ilin martında Türkiyədə İraq kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb (ÖZƏL)

2025-ci ilin martında Türkiyədə İraq kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb (ÖZƏL)

Bakı, AzerVoice

2025-ci ilin mart ayında Türkiyədə İraq kapitalı ilə 14 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 şirkət azdır.

Bu barədə AzerVoice -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İraq şirkətlərinin məcmu kapitalı 41 milyon 800 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 37 milyon 425 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin mart ayında İraq şirkətlərinin əksəriyyəti İstanbulda (13) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən İraq şirkətlərinin ümumi kapitalı 40 milyon 800 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin mart ayında Türkiyədə İranqkapitalı ilə 10 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Digər Kateqoriyalar

2025 © Azervoice