Əsas səhifə » Bakı Ekspo Mərkəzində beynəlxalq enerji sərgiləri fəaliyyətini davam etdirir

Bakı Ekspo Mərkəzində beynəlxalq enerji sərgiləri fəaliyyətini davam etdirir

Bakı.  AzerVoice:

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - “Caspian Power” fəaliyyətini davam etdirir.

AzerVoice xəbər verir ki, ötən ildən başlayaraq bu tədbirlər Bakı Enerji Həftəsi çərçivəsində keçirilir.

Bakıda keçirilən beynəlxalq sərgilər neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislərin görüş yeri, gələcək əməkdaşlığa dair memorandumların, sazişlərin və müqavilələrin imzalandığı məkandır.

İyunun 4-dən 6-dək davam edən Bakı Enerji Həftəsi 29-cu Bakı Enerji Forumu da daxil olmaqla üç nüfuzlu tədbiri bir araya gətirir.

Bakı Enerji Həftəsində 37 ölkədən 300-ə yaxın şirkət iştirak edir.

Forumda Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxısyan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya da iştirak edir.

İsveç, Hindistan və Sloveniya şirkətləri tədbirdə ilk dəfədir ki, iştirak edir.

Bunların əksəriyyəti Azərbaycanda "yaşıl" enerjiyə böyük maraq göstərən iştirakçılardır. Sərgi sahəsinin 40 faizi tanınmış şirkətlərə, sərginin daimi iştirakçılarına məxsusdur.

Digər Kateqoriyalar

2025 © Azervoice