Bakı. AzerVoice :
Azərbaycan qazıntı və "yaşıl" yanacaq arasında sinerjini uğurla həyata keçirir.
AzerVoice xəbər verir ki, bu barədə bu gün energetika naziri Pərviz Şahbazov 29-cu Bakı Enerji Forumunda çıxışında deyib.
Nazir qeyd edib ki, artıq 2026-cı ildən başlayaraq Avropa İttifaqına qaz tədarükü ildə 1,2 milyard kubmetr artacaq və bu artım getdikcə davam edə bilər.
"Türkiyə ərazisindən qaz tranzitinə dair imzalanmış sazişlər Azərbaycan qazının Aİ-yə tədarükünün artmasına imkan yaradacaq", - deyə o bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycan qazının ümumi ixracı 24,3 milyard kubmetr olacaq ki, bunun yarıdan çoxu Aİ-nin payına düşəcək (2023-cü ildə Aİ üçün həcm 11,8 milyard kubmetr olub).
Qeyd edək ki, 29-cu Bakı Enerji Foumunda 600-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.
Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və "yaşıl" enerji layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə bağlıdır.