Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    Niyə yəhudilər Məscidül-Əqsada qurban kəsməyə çalışırlar?

    25 Aprel 2024 20:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Bəzi yəhudilərin Məscidül-Əqsada qurban kəsməyə cəhd etmələri haqda çoxlu sayda məlumatlar mövcuddur.

    Məscidül-Əqsada qurban kəsməyə cəhd edən sonradan gələn yəhudilər Ben-Qvirə yaxın bir dərnəyə mənsubdurlar.

    Təl-Əvivdəki təhlükəsizlik mənbələri dünən Əl-Əqsa məscidinin həyətində qurban kəsməyə cəhd etdikləri üçün nəzarətə alınan 3 yəhudinin sərbəst buraxıldığını açıqlayıb.

    İsrail mediasının məlumatına görə, azad edilən ekstremistlər ərəb və müsəlmanlara qarşı radikla görüşləri ilə fərqlənən  “Dağa Qayıdış Dərnəyi”nin üzvləridir və onların azad buraxılması milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin müdaxiləsi ilə baş tutub.

    Qeyd edək ki, dərnək üzvləri Pasxa (Pasxa) üçün qurban kəsməyi planlaşdırdıqları heyavanlarla birlikdə Məscidül-Əqsaya gedərkən saxlanılıb.

    2015-ci ildən fəaliyyət göstərən “Dağa Qayıdış Dərnəyi “ yəhudiləri Məscidül-Əqsaya daxil olmağa, orada idadət etməyə və dini ayinləri yerinə yetirməyə təşviq edən bir çox yəhudi dərnək və hərəkatlarından biridir.

    Bu hərəkatlar yəhudilərin inanc azadlığı çərçivəsində ibadət edə bilmələri üçün Məbəd dağındakı reallığın dəyişdirilməsini tələb etsə də, “Dağa Qayıdış Dərnəyi” müsəlmanların Məscidül-Əqsaya girməsinin qarşısını almaq və onu yalnız müqəddəs bir yerə çevirmək üçün çalışır.Onların düşüncəsinə görə bu müqəddəs məkan yalnız yəhudilərə maxsusudr.

    “Dağa Qayıdış Dərnəyi” nin üzvləri hər il Məscidül-Əqsada qurban kəsməyə cəhd edirlər. Ərəb dilini Fələstin ləhcəsində öyrənən təşkilatın liderləri həbs olunan hər bir fəala 120 dollar, keçisini gətirməyə cəhd edərkən həbs edilənə 240 dollar, keçisini Əl-Əqsa məscidində kəsməyi bacaran hər kəsə 2600 dollar mükafat təklif edir.

    Eyni zamanda “Dağa Qayıdış Dərnəyi” yəhudiləri Məscidül-Əqsaya aparan, Məscidül-Əqsaya girməyə və ya keçini evində gizlətməyə kömək edəcək istənilən ərəbə böyük məbləğdə pul təklif edirlər.

    Ənənəvi olaraq ,polis keçiləri yolda saxladıqları üçün Əl-Əqsa məscidinə gətirə bilməsələr də, onlar bu hər il prosesi təkrarlayır.

    Dərnək üzvləri də təxribatçı yollarla diqqəti cəlb etmək üçün müxtəlif fəaliyyətlər həyata keçirirlər. Belə ki, ərəb paltarı geyinmiş bir qrup yəhudilərin ən müqəddəs yeri olan Ağlama (Buraq) divarının həyətinə girərək dəfələrlə “Allahu Əkbər” deyə qışqırırlar.

    Haaretz qəzetinin məlumatına görə, dərnək Ben-Qvir və onun ailəsinə yaxındır; Mətbuat katibi dərnək rəhbərliyi arasındadır və onun həyat yoldaşı da dərnək sıralarında fəaldır.

    Qəzet dünən dərnək üzvlərinin polisin onları saxladığını və Pasxa (Pasxa) bayramında istintaq üçün həbsdə qalacaqlarını bildirdiklərini, lakin bir saat sonra heç bir araşdırma aparılmadan sərbəst buraxıldığını yazan xəbərləri dərc edib. Xəbərdə dərnək üzvlərinin məhz  Ben-Qvirin müdaxiləsi sonrası buxarıldı idia edilir.

    Qəzet Ben-Qvirin müdaxiləsinin qanunsuz olduğunu və Ali Məhkəmənin nazirin polisin peşəkar işinə müdaxiləsini qadağan edən qərarına zidd olduğunu vurğulayıb.

    Ben-Qvir bu xəbəri şərh etməkdən imtina etsə də, ona yaxın olanlar "yeganə məqsədi dua etmək olan fəalların utanc verici həbsinin qanunsuz olduğunu" söyləyiblər.

    “Dağa Qayıdış Dərnəyinin” prezidenti Rafael Morris bildirib ki, “Qurbanlıq heyvanların kəsilməsi Pasxa bayramının ən mühüm dini ritualıdır”. Morris həmçinin 15 ravvin tərəfindən Baş nazir Binyamin Netanyahuya və Ben-Qvirin ofisinə göndərilən məktuba istinad edərək, yəhudilərin Tövrat qanununun tələb etdiyi şəkildə Əl-Əqsa məscidində Pasxa qurbanlarını kəsmələrinə icazə verilməsini tələb edib.

    "Biz bu il ali missiyamızı missiyamızı yerinə yetirə bilmədik, lakin biz artıq gələn il yeni cəhd etməyə hazırlaşırıq.Ümid edirik ki, tək keçi yox, qırmızı düyə gətirəcəyik və bu daha müqəddəs amaldır”-deyə Morris bildirib.

    Məlumat üçün qeyd edək ki, 703 ekstremist yəhudi dünən İsrail polis qüvvələrinin güclü mühafizəsi altında Əl-Məğəribə qapısından Məscidül-Əqsaya daxil olub.

    Qüds İslam Vəqfləri İdarəsindən verilən məlumata görə, yüzlərlə radikal yəhudi  35 nəfərlik qruplar halında Məscidül-Əqsaya basqın edərək İsrail polisinin himayəsi altında təxribat xarakterli hərəkətlər ediblər. İslami Vəqflər İdarəsindən verilən açıqlamada İsrail polisinin himayəsi altında olan yəhudi qrupunun Hərəmi-Şərifin həyətlərini dolaşaraq müxtəlif dini ayinləri yerinə yetirdikdən sonra Məscidül-Əqsadan ayrıldığı qeyd edilib.

    Maraqlısı odur ki, radikalların aksiyası zamanı Əqsaya müsılmanların girişi polis tərəfindən məhdudlaşdırılıb.

    Hərəm-i İbrahim Məscidi Vəqfinin direktoru Mutaz Əbu Süneynə məscidin bağlanmasını pisləyib və bunu onun müqəddəsliyinin açıq şəkildə pozulması və müsəlmanların ibadət yerlərinə daxil olmaq hüququna qarşı təxribat xarakterli hücum adlandırıb.

    Maraqlıdır ki, İsrail yəhudilərin dini ayinlərini və siyasi bayramlarını keçirmələrinə icazə vermək üçün hər il yəhudi bayramlarını bəhanə edərək Hərəm-i İbrahim məscidini müsəlmanların üzünə 10 gün tamamilə bağlayır.

    Niyə yəhudilər Məscidül-Əqsada qurban kəsməyə çalışırlar?
    #Əl-Əqsa
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İki il sonra 7 oktyabr - Müharibə regionu necə yenidən formalaşdırdı?”

    7 Oktyabr 2025 07:13

    Qəzza müharibəsi - “təxirə salınmış Fələstin dövləti” uğrunda yeni savaş

    7 Oktyabr 2025 02:00

    ABŞ məhkəməsi UNRWA-nı HƏMAS-a yardımda ittiham edən iddianı rədd edib

    4 Oktyabr 2025 14:39

    İsrail İrana qarşı böyük addıma hazırlaşır – Bütün dəlillər bir arada

    7 Sentyabr 2025 19:16

    İsrailli nazir Əl-Əqsanı hədəfə alıb

    25 Avqust 2025 17:29

    Radikal yəhudilər Əl-Əqsaya hücum etdi

    19 Avqust 2025 14:39

    İran İsrailin Əl-Əqsa Məscidinə hücumunu qınayıb

    4 Avqust 2025 10:30

    Türkiyə XİN İsrailli nazirlərin Əl-Əqsa məscidinə basqınını qınayıb

    3 Avqust 2025 20:53

    HƏMAS İsrailli nazirin Əl-Əqsa məscidinə basqınını pisləyib

    3 Avqust 2025 18:41

    Ben Qvir 1 200-dən çox yəhudi ilə birlikdə Əl-Əqsa məscidinə basqın edib

    3 Avqust 2025 13:15

    İsrailin müqəddəs yerlərə basqınları beynəlxalq tənqidlərə səbəb olub

    3 İyul 2025 12:30

    İsraill Əl-Əqsa məscidinə yenidən basqın edib

    1 İyul 2025 11:58
    Demo
    XƏBƏR LENTİ

    Əbu Muhəmməd Həsən əl-Azəri

    Fələstin fraksiyaları Qəzzənin idarəçiliyi ilə bağlı razılıq üçün bu həftə Qahirədə toplanır

    Müqtəda əs-Sədr dini nüfuzunu möhkəmləndirməyə yönəlir

    Art Weekend çərçivəsində Nə qədər kifayətdir? adlı inklüziv rəqs tamaşası təqdim edilib

    Körfəz ölkələri qlobal turizm mərkəzinə çevrilir

    İslam Mətbəxi Avropanı Necə Dəyişdirdi?

    Kalvinizm nədir?

    Türkiyədən Rusiyaya mebel ixracı azalıb (ÖZƏL)

    Yeni Klinika “Ən yaxşı B2B Görüş Stendi” sertifikatı ilə təltif edilib (FOTO)

    Türkiyədən Fransaya xalça ixracı 18 milyon dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.