Əsas səhifə » Həcc ziyarəti zamanı 570-dən çox zəvvar həyatını itirib

Həcc ziyarəti zamanı 570-dən çox zəvvar həyatını itirib

Bakı.VOA

Səudiyyə Ərəbistanına həcc ziyarəti zamanı istiyə görə həyatını itirən zəvvarların sayı 577-yə çatıb.

VOA xarici KİV-lərə istinadən xəbər verir ki, ölənlərin 323-ü misirli, 60-ı iordaniyalıdır.

Bundan başqa, bu il 23 Türkiyə vətəndaşı müqəddəs torpaqlarda həcc ziyarətini yerinə yetirərkən dünyasını dəyişib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi iyunun 17-də Məkkədəki Böyük məsciddə temperaturun 51,8 dərəcəyə çatdığını bəyan edib.

Digər Kateqoriyalar

2025 © Azervoice