Bakı, AzerVoice:
Türkmənistanın Maqtımqulu Fraqi adına mədəniyyət və park kompleksində Qırğızıstan Respublikasının xalq yazıçısı Çingiz Aytmatovun abidəsi ucaldılıb.
AzerVoice xəbər verir ki, abidə tuncdan hazırlanıb və hündürlüyü 3,5 metrə bərabərdir.
Qeyd edək ki, Türkmənistanın xalq şairi və filosofu Maqtımqulu Fraqiyə həsr olunmuş nəhəng park kompleksinin açılış mərasimi 2024-cü il mayın 17-də baş tutub.