Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə yeni nüvə enerjisi layihələrini həyata keçirməyi planlaşdırır - Ərdoğan

    15 Oktyabr 2025 23:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Tezliklə elektrik enerjisi istehsal etməyə başlayacaq "Akkuyu" Atom Elektrik Stansiyasından əlavə, Ankara yeni nüvə enerjisi layihələrini işə salmağı planlaşdırır.

    AzerVoice-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra keçirdiyi brifinqdə deyib.Onun sözlərinə görə, Türkiyə hakimiyyətinin əsas məqsədlərindən biri ölkənin enerji asılılığını azaltmaqdır.

    Bu baxımdan o, ölkədə, o cümlədən Qara dənizdəki "Sakarya" yatağında qaz və neft hasilatının artırılmasının vacibliyini qeyd edib. "Bu gün "Sakarya" yatağından hasil edilən yerli təbii qaz dörd milyon müştərinin tələbatını ödəyir. Qara dənizdə hasilat gələn ilə iki dəfə, 2028-ci ilə qədər isə dörd dəfə artacaq", - deyə R.T.Ərdoğan qeyd edib.

    O, həmçinin ölkədə aşkar edilən nadir torpaq elementlərinin əhəmiyyətli ehtiyatları barədə məlumat verib. Türkiyə prezidenti bildirib ki, Əskişəhər vilayətinin Bəylikova rayonunda təxminən 694 milyon ton barit, flüorit və digər nadir torpaq elementləri aşkar edilib və bu, dünyanın ikinci ən böyük yatağıdır.

    "Biz Türkiyəni dünyanın ilk beş istehsalçısından birinə çevirməyi planlaşdırırıq", - deyə Ərdoğan əlavə edib.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Türkiyənin Milli Müdafiə nazirliyi #Hakan Fidan #Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi #İbrahim Kalın #Qara dəniz #Akkuyu Atom Elektrik Stansiyası #qaz hasilatı #Sakarya Qaz Sahəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hakan Fidan Dohada Qətər rəsmiləri ilə görüşüb

    6 Dekabr 2025 17:37

    Türkiyə Qəzza üçün üzərinə düşəni etməyə hazırdır - Hakan Fidan

    6 Dekabr 2025 14:49

    Asılılıqla mübarizədə birlikdə olmalıyıq - Ərdoğan

    6 Dekabr 2025 14:05

    Azərbaycan TDT ilə sosial sahədə təcrübə mübadiləsinə hazırdır - Nazir

    6 Dekabr 2025 13:15

    "Fənərbaxça"dan ayrılan müdafiəçi İstanbul klubunun hədəfindədir

    6 Dekabr 2025 13:10

    Ərəb və müsəlman ölkələri Qəzza sakinlərinin Misirə köçürülməsi planı ilə bağlı narahatdır

    6 Dekabr 2025 10:17

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    Türkiyə XİN Doha Forumunda regional və beynəlxalq məsələləri müzakirə edəcək

    5 Dekabr 2025 12:52

    Ceyhun Bayramov Hakan Fidanla görüşüb

    4 Dekabr 2025 09:07

    4 ölkənin iştirakı ilə "Doğu Akdeniz - 2025" təlimi keçirilib

    3 Dekabr 2025 16:50

    Hakan Fidan və NATO Baş katibi Ukrayna müharibəsi və Qara Dənizin təhlükəsizliyini müzakirə edib

    3 Dekabr 2025 13:58

    Ərdoğan və Makron Ukrayna, Qafqaz və Yaxın Şərqdə sülh yolunu müzakirə ediblər

    3 Dekabr 2025 11:52
    Demo
    XƏBƏR LENTİ

    Noyabr ayında Türkiyədə 55 mindən çox qəza baş verib (ÖZƏL)

    Türkiyədən Azərbaycana avtomobil ixracı 82 milyon dolları keçib (ÖZƏL)

    HƏMAS silahlarını təhvil verməyə hazır olduğunu bəyan edir

    Əbu Şəbabın varisi HƏMAS-a qarşı mübarizə aparacağını deyib

    Çin Qəzza üçün 100 milyon dollarlıq yardım ayıracaq

    Birtərəfli addımlar dövlət suverenliyini zəiflədir, Husiləri gücləndirir - Alimi

    Tarixdə bu gün – 7 Dekabr

    PKK/YPG Əsəd rejiminin devrilməsinin ildönümü tədbirlərini qadağan edib

    BMT nümayəndələri Cənubi Livanda tərəfləri atəşkəsə əməl etməyə çağırıb

    Kiyev və Vaşinqton sülh danışıqları üçün növbəti addımlar və formatlar barədə razılaşıb - Zelenski

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.