BAKI, AzerVoice, Fərid Mikayılov
Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Krıma qarşı həyata keçirdiyi pilotsuz uçuş aparatları ilə hücum cəhdinin qarşısının alındığını açıqlayıb.
AzerVoice xəbər verir ki, nazirliyin məlumatına görə, hücum səhər Bakı vaxtı ilə saat 06:00-dan 9:00-a qədər davam edib.
Hava hücumundan müdafiə qüvvələri ümumilikdə 21 dronu məhv edib. Onlardan 16-sı Krım üzərində, 4-ü Azov dənizi akvatoriyasında, 1-i isə Qara dəniz istiqamətində vurulub.
Bir gün əvvəl, 20 avqustda, Ukrayna qüvvələrinin Krım sahillərinə desant çıxarma cəhdi də qeydə alınıb. Rusiya hərbi qurumlarının bildirdiyinə görə, Ukrayna katerlərlə yarımadaya yaxınlaşmağa çalışıb, lakin məhv edilib. Həmin əməliyyat kamikadze tipli FVP dronlarının və kəşfiyyat məqsədli PUA-ların dəstəyi ilə həyata keçirilib. Onlardan biri Türkiyə istehsalı Bayraktar olub.