BAKI, AzerVoice, Nərmin Ağayeva
İstanbulda silahlı cinayət təşkilatına qarşı əməliyyatda 13 nəfər saxlanılıb.
AzerVoice xəbər verir ki, Mərkəzi İstanbul olan və beş şəhəri əhatə edən əməliyyatda silahlı cinayət təşkilatına üzv olmaqda şübhəli bilinən 13 nəfər saxlanılıb.
İstanbul Respublika Prokurorluğunun araşdırmalarına görə, Səlahəddin Yılmazın rəhbərlik etdiyi cinayət şəbəkəsinə qarşı istintaq aparılıb. İki vəkil də daxil olmaqla 14 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Ankara, Antalya, Muğla və Samsun vilayətlərində eyni vaxtda keçirilən əməliyyatlar zamanı təşkilat başçısı Səlahəddin Yılmaz da daxil olmaqla 13 nəfər tutulub.
Axtarışlar nəticəsində 3 sənədsiz tapança, 3 lisenziyalı tapança, 2 nasoslu ov tüfəngi, 9 maqazin, 2 uzadılmış maqazin, 1 nağara maqazin, 2 sürətli atəş cihazı, 1 gülləkeçirməz jilet, 383 patron və 12 patron ələ keçirilib.