Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    MİT MOSSAD-ın Fələstinli Proqramçıya Qarşı Olan Planını İfşa Edib

    25 İyul 2025 09:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İrailin hava hücumundan müdafiə sistemi olan “Dəmir Qübbə”nin fəaliyyətini 2015–2016-cı illərdə müvəqqəti olaraq iflic edən kiberhücumun arxasında dayandığı iddia edilən fələstinli proqramçı Omar Z.M.A.-nın İsrail kəşfiyyat xidməti MOSSAD tərəfindən oğurlanmasına dair aparılan istintaq tamamlanıb.

    AzerVoice xəbər verir ki, İddialara görə, “Dəmir Qübbə”nin texnoloji boşluqlarından istifadə etməklə İsrailin kritik infrastrukturuna qarşı təşkil edilən raket hücumlarına şərait yaradan proqramçı MOSSAD-ın hədəfinə çevrilib.

    İsrail tərəfi onu ələ keçirmək üçün illərlə planlar qurub.

    MOSSAD üçün işlədiyi iddia edilən Raed Ghazal və Omar Shalabi adlı şəxslər, “Thinkhire” adlı saxta şirkət vasitəsilə 2021-ci ildə Omar A.-ya iş təklifi göndərib. Onunla İstanbulda bir neçə dəfə görüş keçirən agentlər, proqramçının etimadını qazanmağa çalışıblar və son məqsədləri onu İsrailə aparmaq olub.

    Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) məsələ barədə əvvəldən məlumatlı olduğuna görə Omar A.-nı xaricə çıxmaması üçün xəbərdar edib. Lakin o, 2022-ci ilin sentyabrında turistik məqsədlə Malayziyaya səyahət edib. Orada MOSSAD tərəfindən oğurlanaraq Kuala Lumpur yaxınlığında yerləşən bir dağ evinə aparılıb. Proqramçı burada 36 saat ərzində işgəncəyə məruz qalıb.

    MİT dərhal Malayziya rəsmilərini məlumatlandıraraq dəqiq yer koordinatlarını ötürüb. Malayziya xüsusi təyinatlı qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində Omar A. sağ-salamat xilas olunub. Əməliyyat zamanı 11 nəfər saxlanılıb.

    İstanbul prokurorluğunun hazırladığı ittiham aktına əsasən, şübhəlilər Nikola Radonjiç və Foad Hijazi “dövlətin gizli qalmalı olan məlumatlarını siyasi və ya hərbi casusluq məqsədilə toplamaq” maddəsi ilə ittiham olunurlar. Onların hər biri barəsində 15 ildən 22,5 ilə qədər həbs cəzası tələb edilib.

    #Türkiyə #İstanbul #Fələstin #Malayziya #Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) #MOSSAD #Dəmir Qübbə #İstanbul Baş Prokurorluğu #İsrail Türkiyə gərginliyi #Mossad casus şəbəkələri #MOSSAD-ın Türkiyədə fəaliyyəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı mövzusunda panel sessiyalar təşkil olunub

    8 Dekabr 2025 23:16

    Azərbaycan TDT ilə sosial sahədə təcrübə mübadiləsinə hazırdır - Nazir

    6 Dekabr 2025 13:15

    "Fənərbaxça"dan ayrılan müdafiəçi İstanbul klubunun hədəfindədir

    6 Dekabr 2025 13:10

    İsrail ordusu Qəzzaya hava hücumları həyata keçirib

    6 Dekabr 2025 11:17

    Ərəb və müsəlman ölkələri Qəzza sakinlərinin Misirə köçürülməsi planı ilə bağlı narahatdır

    6 Dekabr 2025 10:17

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    Qalatasaray və Fənərbaxça futbolçuları mərclik qalmaqalında saxlanılıb

    5 Dekabr 2025 13:30

    4 ölkənin iştirakı ilə "Doğu Akdeniz - 2025" təlimi keçirilib

    3 Dekabr 2025 16:50

    APA-nın Siyasi İşlər və Fələstin Komitələrinin görüşləri dekabrda İranda keçiriləcək

    3 Dekabr 2025 11:39

    Suriya Colanın tamamını geri almaq haqqını təsdiqlədi

    3 Dekabr 2025 10:35

    Terroru bitirəcəyik, separatçılığa son qoyacağıq - Bahçeli

    3 Dekabr 2025 10:08

    Türkiyə ilə əczaçılıq sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

    2 Dekabr 2025 19:02
    Demo
    XƏBƏR LENTİ

    Tramp, Avropanı Putinə satır - İngiltərəli siyasətçi

    Tarixdə bu gün – 9 Dekabr

    Prezident İlham Əliyev: Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır

    ƏMAS-da kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq yaradılıb

    İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı mövzusunda panel sessiyalar təşkil olunub

    Türkiyə və Macaristan arasında ticarət həcmi 10 milyard dollara yüksəlib

    Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Devin qəsrində olublar

    Netanyahu Tramp ilə dekabrın 29-da Qəzza atəşkəsinin növbəti mərhələsini müzakirə edəcək

    Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Azadlıq Qapısı abidəsini ziyarət ediblər

    Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.