Əsas səhifə » İsrailin Rəfah hücumlarını pisləyən qanun TBMM-də qəbul edilib

İsrailin Rəfah hücumlarını pisləyən qanun TBMM-də qəbul edilib

Bakı. AzerVoice:

Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında TBMM sədrinin İsrailin Rəfah hücumlarını pisləyən təklifi qəbul edilib.

AzerVoice xəbər verir ki, qanun layihəsində Türkiyə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası təcili iclas keçirməyə çağırılıb.

Qeyd edək ki, mayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücum edərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.

Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, İsrail mayın 26-da Rafahda məcburi köçkün fələstinlilərin çadırlarını bombalayıb və 23-ü qadın, uşaq və qoca olmaqla ən azı 45 fələstinli həyatını itirib, 249 fələstinli isə yaralanıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2025 © Azervoice