Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair memorandum imzalanıb

    10 Dekabr 2025 16:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    AZPROMO və Qırğızıstanın Ticarət və Sənaye Palatası arasında keçirilən görüşdə yeni əməkdaşlıq imkanları müzakirə edilib, Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair memorandum imzalanıb.

    AzerVoice xəbər verir ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Qırğızıstanın Ticarət və Sənaye Palatasının vitse-prezidenti Avasbek Kerimbayev arasında görüş keçirilib.

    Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Səməd Həsənovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Qırğızıstan arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin idxal-ixrac əməliyyatlarının genişləndirilməsi və AZPROMO və Mərkəzi Asiya ölkələri üzrə Ticarət Nümayəndəliyinin Palata ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı investisiyaların cəlb edilməsinin və ikitərəfli ticarət dövriyyəsinin artırılmasının, eləcə də biznes missiyalarının mütəmadi təşkilinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, yeni layihələrin müəyyənləşdirilməsi və iki ölkənin işgüzar dairələrinin əməkdaşlığının inkişaf etdirilməsi məqsədi ilə Ticarət Nümayəndəliyi və Palata arasında dekabr ayında Bişkekdə görüşün keçirilməsi nəzərdə tutulur.

    Müzakirələr zamanı Azərbaycan tərəfinin iştirakı ilə İssık-Kul gölü sahilində inşa edilən hotel layihəsinin artıq tamamlanma mərhələsində olduğu və obyektin 2026-cı ilin may ayında istifadəyə verilməsinin planlaşdırıldığı bildirilib. Hotelin açılışı çərçivəsində Qırğızıstan-Azərbaycan biznes forumunun təşkil olunması perspektivi də nəzərdən keçirilib.

    Görüşün yekununda AZPROMO və Qırğızıstanın Ticarət və Sənaye Palatası arasında Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair memorandum imzalanıb.

    #Azərbaycan #Bakı #Qırğızıstan #Bişkek #Mərkəzi Asiya #AZPROMO #İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO #İkitərəfli əlaqələrin dərinləşməsi #Qırğızıstan-Azərbaycan İşgüzar Şurası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qırğızıstan parlamentinin yeni sədri bəlli olub

    12 Fevral 2026 17:31

    Azərbaycan və Türkmənistan atçılıq sahəsində əməkdaşlığı genişləndirir

    12 Fevral 2026 17:00

    Qırğızıstan parlamentinin sədri istefa verdi

    12 Fevral 2026 10:43

    "Balkan qəssabı" ləqəbi ilə tanınan keçmiş Yuqoslaviya prezidentinin məhkəmə prosesi başladı

    12 Fevral 2026 02:00

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    11 Fevral 2026 22:17

    Rusiya Dövlət Dumasında Telegram-ın bloklanması qalmaqal yaradıb

    11 Fevral 2026 22:00

    Malayziya səfirliyində azərbaycanlı tələbələr üçün yeni təhsil imkanları müzakirə olunub

    11 Fevral 2026 21:47

    Avropa Parlamenti Qərbi azərbaycanlıların yurdlarına qayıdışını dəstəkləməlidir

    11 Fevral 2026 21:24

    Rusiyada təhsil müəssisəsinə silahlı hücum olub

    11 Fevral 2026 20:22

    Qərbi Azərbaycan İcması Avropa Şurasının komissarını ayrı-seçkiliyə yol verməməyə və qayıdış hüququna dəstək verməyə çağırır

    11 Fevral 2026 17:31

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

    11 Fevral 2026 17:14
    XƏBƏR LENTİ

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dairəvi əl xalçasının kəsilməsi mərasimində iştirak edib

    Qırğızıstan parlamentinin yeni sədri bəlli olub

    Rəşad Nəbiyev Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və nəqliyyat departamentinin sədri ilə görüşdü

    Çin Venesuela neftinin idxalını bərpa edib

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    Azərbaycan və Türkmənistan atçılıq sahəsində əməkdaşlığı genişləndirir

    Türkiyənin D-8 idxalı azalıb, ixrac isə yüksəlib (ÖZƏL)

    SOCAR-ın qaz hasilatı 1,4 faiz artıb

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Dövlət Komitəsi Çağrı Mərkəzini istifadəyə verib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.