BAKI.AzerVoice
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı rəsmi "Instagram" hesabında paylaşım edib.
AzerVoice xəbər verir ki, paylaşımda deyilir:
"Nurlu, səmimi və qeyri-adi istedada malik insan – Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk.
Allah rəhmət eləsin!"