BAKI, AzerVoice
Tacikistanda 5,8 bal gücündə zəlzələ qeydə alınıb, itki yoxdur.
AzerVoice xəbər verir ki, Tacikistanın
Dağlıq Bədəxşan Muxtar Vilayətində 5,8 bal gücündə yeraltı təkanlar
baş verib.
Özbəkistan Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ yerli
vaxtla saat 09:24-də qeydə alınıb və bölgədə can və ya mal itkisi
baş verməyib.
Zəlzələnin təsiri qonşu Özbəkistanda da hiss olunub və orada 3,2 bal gücündə qeydə alınıb.
Qeyd edək ki, Tacikistan və ətraf regionlar zəlzələ baxımından seysmik aktiv zonalar sırasında yer alır.