Əsas səhifə » Türkiyədə 1600 nəfərlik tələbə yataqxanası inşa olunacaq

Türkiyədə 1600 nəfərlik tələbə yataqxanası inşa olunacaq

BAKI,AzerVoice

Türkiyə İdman və Gənclər Nazirliyinin İnvestisiyalar və Biznes Baş İdarəsi Sakarya vilayətinin Serdivan bölgəsində 1600 nəfərlik tələbə yataqxanasının tikintisi üçün tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İşin icra müddəti yer təhvilindən etibarən 450 təqvim günü təşkil edir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 13 iyun 2025-ci il tarixinə qədər "Nasuh Akar Mah. Süleyman Hacı Abdullahoğlu Cad. 1404.Sok. No:4 Balgat - (Hitit Vergi Dairesi - Vergi No: 393 09 44 018) 06030 Çankaya/Ankara" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir

Digər Kateqoriyalar

2025 © Azervoice