Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    Con Cons UFC-yə qayıdış barədə danışıb

    20 Avqust 2025 10:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    MMA dünyasının ulduzu, sabiq UFC ağır çəkidə çempionu Con Cons yenidən oktaqona qayıda biləcəyini açıqlayıb.

    AzerVoice xəbər verir ki, döyüşçü sosial şəbəkədə etdiyi paylaşımda məşqlərini davam etdirdiyini və Ağ Ev turnirində iştirak ehtimalına optimist yanaşdığını bildirib.

    "Məşqlərimi davam etdirirəm və Ağ Ev turnirində iştirak imkanına nikbin baxıram"- deyə o vurğulayıb.

    UFC prezidenti Dana Vayt isə Consun qayıdışına skeptik yanaşdığını bildirib. UFC 319 turniri ərəfəsində mətbuat konfransında Vayt, Consa etibar etmədiyini və belə bir ciddi turnirdə ona önəmli yer verməyəcəyini vurğulayıb.

    "Mən artıq demişəm ki, ona etibar etmirəm. Biz heç danışmırıq belə. Mənə sual verirlər ki, o, üç ayda nə edə bilər ki, fikrim dəyişsin? Mənim cavabım budur: şans – milyardda bir"- deyə UFC rəhbəri qeyd edib.

    Qeyd edək ki, 37 yaşlı döyüşçü bir müddət əvvəl karyerasını başa vurduğunu açıqlamış, çempionluq kəməri isə britaniyalı Tom Aspinalla keçmişdi. Onun qərarı bir çoxları üçün gözlənilməz olub.

    Cons idman karyerası ərzində dəfələrlə qalmaqallarla yadda qalıb. 2015-ci ildə yol qəzasından sonra hadisə yerini tərk etdiyinə görə, 2016 və 2017-ci illərdə isə dopinq testlərinin müsbət nəticələnməsinə görə çempionluq titullarından məhrum edilmişdi.

    2025-ci ilin fevralında Consun adı yenidən avtomobil qəzası ilə bağlı istintaqda hallanıb. Lakin idmançı karyerasını bu səbəbdən dayandırdığını inkar edərək mediada yayılan iddiaları “əsassız şayiələr” adlandırıb.

    #Ağ Ev #UFC #Dana White #UFC çempionu #UFC xəbərləri #Con Cons #Tom Aspinal
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp Nyu-Yorkun yeni seçilmiş meri Mamdani ilə görüşüb

    22 Noyabr 2025 09:35

    Səudiyyə ABŞ-yə 1 trilyon dollarlıq investisiya yatıracaq

    18 Noyabr 2025 22:35

    Trampın Putinlə növbəti görüşü Macarıstanda baş tutacaq

    17 Oktyabr 2025 02:00

    ABŞ məhkəməsi Trampın minlərlə dövlət qulluqçusunu işdən azad etmə planını dayandırıb

    16 Oktyabr 2025 11:56

    Donald Trampın səhhəti “əladır”

    11 Oktyabr 2025 11:50

    Şavkat Raxmanov qışda UFC-yə qayıdır

    25 Sentyabr 2025 16:32

    Tramp və Ərdoğan Ağ Evdə görüşür - F-35 qadağasının qaldırılması gündəmdə

    25 Sentyabr 2025 11:14

    Makqreqor İrlandiya prezidentliyinə namizədliyini geri çəkib

    15 Sentyabr 2025 13:11

    Taliban deyir ki, Tramp yolagediləsi adamdır

    14 Sentyabr 2025 18:34

    Tramp “Müdafiə Nazirliyi”nin adını “Müharibə Nazirliyi” ilə əvəzləyən fərman imzalayıb

    6 Sentyabr 2025 10:43

    ABŞ Müdafiə Nazirliyinin adını Müharibə Nazirliyinə dəyişdirməyi planlaşdırır

    31 Avqust 2025 11:56

    İslam Maxaçev yarımorta çəkidə titul döyüşünə çıxacaq

    29 Avqust 2025 11:48
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 8 Dekabr

    Özbəkistanda Konstitusiya Günü ərəfəsində 615 nəfər əfv edilib

    Qubada ASAN Könüllüləri üçün insan hüquqları və mediasiya mövzusunda maarifləndirici görüş keçirilib

    Yer kürəsində güclü maqnit qasırğaları gözlənilir

    Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb

    İran xarici işlər naziri Azərbaycana səfərə gəlib

    Tayland ordusu Kamboca ilə sərhəddə yaşayan insanların təxliyə edilməsini elan edib

    Lando Norris ilk dəfə Formula 1 çempionu olub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.