Əsas səhifə » Real Madrid Dean Huijseni heyətinə qatmaq istəyir

Real Madrid Dean Huijseni heyətinə qatmaq istəyir

Bakı, AzerVoice

İspaniyanın "Real Madrid" klubu, İngiltərənin "Bornmut" klubunda çıxış edən Dean Huijseni heyətinə qatmağı planlaşdırır.

AzerVoice xəbər verir ki, Real Madrid, yay transfer dövrü üçün hazırlıqlara başlayıb.

Huijsenin müqaviləsindəki 60 milyon avro dəyərində sərbəst qalma maddəsinə görə, Real Madrid və Avropanın digər nəhəng klubları futbolçunu yaxından izləməyə başlayıb.

Qeyd edək ki, ötən yay "Yuventus"dan 12,6 milyon funt-sterlinq qarşılığında "Bornmut"a transfer olunan 19 yaşlı hollandiyalı müdafiəçi, İngiltərədəki ilk mövsümündə yüksək performans sərgiləyib.

Belə ki, İngiltərə Premyer Liqasında bu mövsüm 19 oyunda iştirak edən Huijsen, yalnız Liverpool və Arsenalın arxasında qalaraq 29 qolla ən az qol buraxan müdafiəçilərdən biri olub.

Digər Kateqoriyalar

2025 © Azervoice