Əsas səhifə » Barselonanın Əfsanəsi Yuventusa Baş Məşqçilik Edə Bilər

Barselonanın Əfsanəsi Yuventusa Baş Məşqçilik Edə Bilər

BAKI,AzerVoice

Kataloniyanın Barselona klubunun əfsanəsi Xavi Ernandes Turin təmsilçisi Yuventusun yeni baş məşqçisi postuna namizədlərdən biri kimi qiymətləndirilir.

AzerVoice xəbər verir ki, Yuventus Xavini Komandanın Yeni Baş Məşqçisi Kimi Görmək İstəyir

Yuventus Barselonanın keçmiş baş məşqçisi ilə yaxından maraqlanır. Kataloniya klubunda çalışdığı müddətdə Xavi, hətta çətin şəraitdə belə nəticə əldə edə bilən məşqçi kimi tanınıb.

Xavi 143 rəsmi matçda 90 qələbə qazanıb və Barselonaya La Liqa çempionluğu ilə yanaşı, İspaniya Superkubokunu da qazandırıb.

Hazırkı 2024/25 mövsümü Yuventus üçün arzuolunan keçmir. Turin klubu A Seriyasında 49 xalla beşinci pillədə qərarlaşıb və Çempionlar Liqasının pley-off mərhələsində PSV-yə məğlub olaraq turnirdən kənarlaşdırılıb.

Buna görə də klub rəhbərliyi komandaya yeni nəfəs gətirmək və uzunmüddətli inkişaf strategiyası formalaşdırmaq üçün məşqçi dəyişikliyi üzərində düşünür.

İdarə heyətinin fikrincə, Xavi komandanın oyun fəlsəfəsini müasirləşdirə, hücum futbolunu geri qaytara və Yuventusun Avropada daha rəqabətli olmasına kömək edə bilər.

Tərəflər arasında danışıqlar davam edir və hələ yekun qərar qəbul olunmayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice