BAKI,AzerVoice
UFC-də məğlubiyyətsiz irəliləyən qazaxıstanlı döyüşçü Şavkat Rahmonov, sentyabr ayında çempionluq döyüşünə çıxacağını açıqlayıb.
AzerVoice xəbər verir ki, Qazaxıstanlı döyüşçü bildirib ki, UFC 310 turnirində İan Maçado Gerri ilə qarşılaşmadan əvvəl zədələnmişdi.
Bu səbəbdən UFC 315-də Belal Məhəmməd ilə çempionluq döyüşündən imtina edib.
"Düşünürəm ki, çempion kim olursa-olsun, payız aylarında döyüşə hazır olacaq. Amma mən də tam hazır olmalıyam. Əvvəlcə sağlamlığımı bərpa etməli, zədələrimi sağaltmalı və yüz faiz formada olmalıyam", – deyə Rahmonov bildirib.
Əslində, Şavkat Rahmonov dekabr ayında UFC 310-da Belal Məhəmməd ilə çempionluq döyüşünə çıxmalı idi. Lakin Məhəmməd ayaq infeksiyasına görə döyüşdən imtina etməli olub. Onun yerini İan Gerri tutub, lakin beş raund davam edən qarşılaşmadan sonra hakimlərin yekdil qərarı ilə Rahmonova məğlub olub.
Daha sonra Məhəmmədlə ertələnmiş döyüş UFC 315-ə təyin edilsə də, Rahmonov sağlamlığını prioritet hesab edərək iştirak etməmək qərarına gəlib. Nəticədə onu avstraliyalı döyüşçü Cek Della Maddalena əvəzləyib və indi çempionluq uğrunda mübarizə aparacaq.
UFC prezidenti Dana Uayt mövzu ilə bağlı açıqlama verərək, Şavkat Rahmonovun tam sağaldıqdan sonra hələ də çempionluq döyüşünə əsas namizəd olduğunu bildirib.