Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    FİFA-nın sabiq prezidenti ABŞ-də keçiriləcək dünya çempionatına boykot çağırışını dəstəkləyib

    27 Yanvar 2026 15:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Futbol üzrə dünya çempionatının ABŞ-də keçirilməsi beynəlxalq futbol ictimaiyyətində ciddi mübahisələr doğurub.

    AzerVoice xəbər verir ki, FİFA-nın sabiq prezidenti Zep Blatter Donald Tramp administrasiyasının daxili və xarici siyasətini əsas gətirərək 2026-cı il futbol üzrə dünya çempionatının ABŞ-də keçiriləcək oyunlarının boykot edilməsinə çağırışları dəstəklədiyini açıqlayıb. Blatter bu mövqeyini sosial şəbəkədə paylaşdığı açıqlamada ifadə edib.

    Qeyd edək ki, ABŞ 2026-cı il dünya çempionatına Kanada və Meksika ilə birgə ev sahibliyi edəcək. Turnirin ABŞ-də keçiriləcək oyunları 11 iyun – 19 iyul tarixlərini əhatə edəcək.

    Zep Blatter İsveçrəli hüquqşünas və antikorrupsiya üzrə ekspert Mark Pitin açıqlamalarına istinad edərək, futbol azarkeşlərini ABŞ-yə səfərdən çəkinməyə çağırıb. Mark Pit bildirib ki, mövcud siyasi mühit fonunda azarkeşlər üçün ən düzgün seçim ABŞ-dən uzaq durmaqdır və oyunları televiziya vasitəsilə izləmək daha təhlükəsizdir.

    Blatter Pitin fikirlərini sitat gətirərək, “Düşünürəm ki, Mark Pit bu dünya çempionatını sual altına almaqda haqlıdır”, – deyə qeyd edib.

    Beynəlxalq futbol ictimaiyyətində narahatlıqlar Donald Tramp administrasiyasının miqrasiya siyasəti, səyahət məhdudiyyətləri, etirazçılara qarşı sərt tədbirləri və bəzi ölkələrə tətbiq edilən giriş qadağaları ilə əlaqələndirilir. Xüsusilə Seneqal, Fil Dişi Sahili, İran və Haiti vətəndaşlarına qarşı tətbiq edilən viza məhdudiyyətlərinin futbol azarkeşlərinin turnirdə iştirakını çətinləşdirəcəyi bildirilir.

    Almaniya Futbol İttifaqının vitse-prezidenti Oke Götliş də ABŞ-in turnirə ev sahibliyinin ciddi şəkildə müzakirə olunmalı olduğunu bildirib. Onun sözlərinə görə, dəyərlərin müdafiəsi baxımından boykot məsələsi gündəmdə saxlanılmalıdır.

    Boykot çağırışları Avropa ilə yanaşı Afrikada da səslənib. Cənubi Afrika Respublikasının müxalifət lideri Culius Malema ölkəsinin milli komandasını ABŞ-də keçiriləcək dünya çempionatından geri çəkilməyə çağırıb və Tramp administrasiyasının siyasətini aparteid dövrü ilə müqayisə edib.

    Bununla yanaşı, bəzi milli futbol federasiyaları hələlik rəsmi şəkildə turnirdən imtina etmədiklərini, geosiyasi prosesləri izlədiklərini açıqlayıblar.

    Zep Blatter, FIFA sabiq prezidenti, dünya çempionatı boykot, ABŞ dünya çempionatı 2026, Tramp siyasəti, futbol və siyasət, miqrasiya qadağaları, azarkeş boykotu, FIFA mübahisə, beynəlxalq futbol qalmaqalı, World Cup boycott, US host controversy, Trump administration sports, football politics, appel au boycott Coupe du monde, boycott Coupe du monde USA, политический бойкот ЧМ, США и футбол, 全球杯 抵制, 美国 世界杯, 정치적 보이콧, 월드컵 미국

    #Zep Blatter ABŞ-də keçiriləcək dünya çempionatına boykot çağırışını dəstəklədi #ABŞ-ın dünya çempionatına ev sahibliyi sual altına düşür #Blatter Tramp administrasiyasına görə boykot çağırışı etdi #Dünya çempionatı ətrafında siyasi qalmaqal dərinləşir #Futbol ictimaiyyətində ABŞ turniri ilə bağlı narazılıqlar artır #Trump politikaları Dünya Kupası boykot çağrılarını artırdı #2026 Dünya Kupası için siyasi kriz #Futbol dünyasında ABD’ye tepki büyüyor #Blatter’den Dünya Kupası çıkışı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    FİFA-nın sabiq prezidenti ABŞ-də keçiriləcək dünya çempionatına boykot çağırışını dəstəkləyib

    27 Yanvar 2026 15:06

    Tramp iqlim dəyişikliyi ilə mübarizədən imtina etdi

    27 Yanvar 2026 14:49

    Salman Rüşdi ABŞ-dakı gərginlikdən danışdı: “Zorakılıq hər an qapını döyə bilər”

    27 Yanvar 2026 13:55

    Fransada 15 yaşdan aşağı şəxslərə sosial media qadağan olundu

    27 Yanvar 2026 13:26

    Səudiyyə Ərəbistanında meqa-layihə böhranı: dünyanın ən böyük binasının tikintisi dayandırıldı

    27 Yanvar 2026 13:09

    BƏƏ-dən gözlənilməz İran bəyanatı - hücum üçün ərazimizdən istifadəyə icazə verməyəcəyik

    27 Yanvar 2026 12:55

    Suriyada kürd dilinin tədrisi ilə bağlı yeni qərar qəbul edilib

    27 Yanvar 2026 10:56

    İsrail ABŞ ilə yeni təhlükəsizlik sazişinə hazırlaşır: 10 illik yeni hərbi strategiyanın detalları

    27 Yanvar 2026 10:13

    Ukrayna MDB-nin dövlət sərhədlərinin mühafizəsi haqqında müqaviləsindən çıxdı

    26 Yanvar 2026 23:39

    İrana ediləcək hər hansı hücum bölgəni alova sürükləyəcək - Hizbullah

    26 Yanvar 2026 22:22

    PKK və SDQ haqqında gizli faktlar: Uşaq istismarı, edamlar və pedofiliya sənədləri

    26 Yanvar 2026 22:00

    Qətər Livan iqtisadiyyatına yüz milyonlarla dollar sərmayə ayıracaq

    26 Yanvar 2026 20:57
    Demo
    XƏBƏR LENTİ

    Sahibə Qafarova Saqr Qobaşla Azərbaycan-BƏƏ parlamentlərarası əməkdaşlığı müzakirə edib

    Tramp İrana donanma göndərdi: müharibə riski nə qədər realdır?

    Keçən il Türkiyədən İrana polad ixracı 38 milyon dolları keçib (ÖZƏL)

    İllər dəyişir, insanlar dəyişir - dostluq qalır

    Aqrar Sığorta Fondu Şəmkir və Samuxda fermerlərə sığorta ödənişləri edib

    FİFA-nın sabiq prezidenti ABŞ-də keçiriləcək dünya çempionatına boykot çağırışını dəstəkləyib

    Keçən il Türkiyədən Səudiyyəyə dəri məhsulları ixracı azalıb (ÖZƏL)

    Tramp iqlim dəyişikliyi ilə mübarizədən imtina etdi

    Azərbaycan və Türkiyə audit qurumları arasında Anlaşma Memorandumu imzalanıb

    Paytaxtda yeni parklanma yerləri təşkil edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.