Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Azərbaycanın nonkonformist təsviri sənətinin təbliğinə mühüm töhfə verilib

    23 Yanvar 2026 18:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice

    Azərbaycan təsviri sənətində 1960-cı illərdə formalaşmış nonkonformist cərəyanın qorunması və beynəlxalq səviyyədə tanıdılması məqsədilə mühüm mədəni layihə uğurla başa çatdırılıb.

    AzerVoice xəbər verir ki, bp şirkəti Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları — SOCAR, TPAO, LUKOIL, SGC, NICO, MOL, INPEX, ExxonMobil, ITOCHU, ONGC Videsh, Eni, MVM və TotalEnergies adından Azərbaycan Milli İncəsənət Muzeyində nonkonformist rəssamların əsərləri üçün ayrılmış xüsusi sərgi zallarının təmiri və modernləşdirilməsini maliyyələşdirib.

    Layihə çərçivəsində muzey zallarının estetik və funksional imkanları əhəmiyyətli dərəcədə təkmilləşdirilib, beynəlxalq muzey standartlarına cavab verən müasir işıqlandırma sistemləri quraşdırılıb, divar və səthlər müvafiq şəkildə hazırlanıb. Görülən işlər nonkonformist sənət nümunələrinin optimal texniki və vizual şəraitdə nümayişi və mühafizəsini təmin edir.

    Məlumata görə, layihə çərçivəsində 800 kvadratmetr divar, 400 kvadratmetr tavan və 330 kvadratmetr döşəmə sahəsi təmir edilib, ən azı 150 sənət əsəri üçün qabaqcıl işıqlandırma sistemləri quraşdırılıb, muzey standartlarına uyğun 150 ədəd yeni taxta çərçivə hazırlanıb.

    Qeyd olunur ki, XX əsr Azərbaycan nonkonformist rəssamlarının yaradıcılığı Muzey kolleksiyasının mühüm hissəsini təşkil edir. 1960–1980-ci illərdə formalaşmış bu cərəyan sovet dövrünün sosialist realizminə qarşı alternativ estetik yanaşma kimi meydana çıxıb və Abşeron Rəssamlıq Məktəbinin inkişafında mühüm rol oynayıb. Bu cərəyanın aparıcı nümayəndələri arasında Mircavad Mircavadov, Əşrəf Murad, Tofiq Cavadov, Rasim Babayev, Qorxmaz Əfəndiyev, Kamal Əhməd və avanqard heykəltəraş Fazil Nəcəfov xüsusi yer tutur.

    Layihənin təqdimat mərasimində çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib ki, yenilənmiş zallar Azərbaycanın nonkonformist təsviri sənət irsinin daha dolğun, estetik və beynəlxalq səviyyədə təqdim olunmasına imkan yaradır. Onun sözlərinə görə, layihə bu irsin həm ölkə daxilində, həm də beynəlxalq miqyasda layiq olduğu yüksək dəyərin qazanılmasına xidmət edəcək.

    Ümumi dəyəri 358 089 manat təşkil edən layihə “Greentech Solutions” MMC tərəfindən icra olunub.

    Azərbaycanın nonkonformist təsviri sənətinin təbliğinə mühüm töhfə verilib
    Azərbaycanın nonkonformist təsviri sənətinin təbliğinə mühüm töhfə verilib
    #bp Azərbaycanın nonkonformist sənətinin təbliğinə töhfə verdi #Milli İncəsənət Muzeyində nonkonformist zallar yeniləndi #Azərbaycanda nonkonformist təsviri sənət üçün yeni mərhələ #bp-nin dəstəyi ilə tarixi sənət irsi qorunur #Nonkonformist rəssamların irsi beynəlxalq standartlarla təqdim olunur #Milli İncəsənət Muzeyində iri mədəni layihə tamamlandı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nazir Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edib

    23 Yanvar 2026 18:30

    Azərbaycanın nonkonformist təsviri sənətinin təbliğinə mühüm töhfə verilib

    23 Yanvar 2026 18:20

    Bakıda IV Vergi Mühasibatlıq Zirvəsi keçiriləcək

    23 Yanvar 2026 16:14

    Mədəniyyət naziri Ağsu rayonunda vətəndaşları qəbul edib

    23 Yanvar 2026 16:08

    Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları müzakirə edilib

    23 Yanvar 2026 15:40

    Energetika naziri Masallıda vətəndaşları qəbul edib

    23 Yanvar 2026 15:31

    Svetoforun qırımızı işığında keçib svetoforu yararsız vəziyyətə saldı

    23 Yanvar 2026 15:15

    2025-ci ildə 4 mindən çox ailə ipoteka krediti vasitəsilə mənzil sahibi olub

    23 Yanvar 2026 15:06

    Livanın türkman gəncləri 20 Yanvar faciəsi barədə məlumatlandırılır

    23 Yanvar 2026 13:50

    Fransina Armenqol Sosias Bakıda Zəfər parkını ziyarət edib

    23 Yanvar 2026 13:14

    10 erməni Ermənistana təhvil verildi

    23 Yanvar 2026 13:10

    “Həvəsləndirmə mükafatları” müsabiqəsinin ikinci mərhələsi başlayıb

    23 Yanvar 2026 12:51
    Demo
    XƏBƏR LENTİ

    “Euronews” Azərbaycanda dövlət-özəl tərəfdaşlığının inkişafını işıqlandırıb

    XİN-də postmünaqişə dövründə diplomatik fəaliyyət məsələləri müzakirə olundu: müvafiq tapşırıqlar verildi

    Əli Əsədov Fransina Armenqol ilə Azərbaycan–İspaniya münasibətlərində yeni əməkdaşlıq imkanlarını müzakirə etdi

    Nazir Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edib

    Azərbaycanın nonkonformist təsviri sənətinin təbliğinə mühüm töhfə verilib

    Şeyx Zayed Fondu Prezident İlham Əliyevin təltif edilməsi ilə bağlı paylaşım edib

    Keçən il Türkiyədən Çinə xalça ixracı 13 milyon dolları keçib (ÖZƏL)

    Banqladeşdə 128 milyon seçici fevral ayında yeni rəhbərliyi müəyyən edəcək

    Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurası Prezident İlham Əliyevə müraciət ünvanlayıb

    Türkiyə Qəzzaya indiyədək 20 min tondan çox humanitar yardım çatdırıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.