Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    İşğaldan Zəfərə, Zəfərdən quruculuğa: Kəlbəcərin beşillik yolu

    25 Noyabr 2025 11:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən beş il ötür.

    Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Kəlbəcər qədim tarixi, minilliklərə söykənən mədəni irsi, təbii sərvətləri və strateji mövqeyi ilə Azərbaycanın ən dəyərli bölgələrindən biridir. İşğaldan əvvəl burada aşkar edilmiş 30 min illik yaşayış izləri, qədim qaya təsvirləri, türk əlifbası nümunələri və tarixi abidələr regionun Azərbaycan mədəniyyətinin mühüm beşiyi olduğunu təsdiqləyir.

    Bunu AzerVoice-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

    S.Mikayılova qeyd edib ki, 1993-cü ildə Kəlbəcərin işğalı xalqımız üçün böyük faciə olmuş, yüzlərlə dinc sakin qətlə yetirilmiş, on minlərlə insan öz doğma yurdlarından didərgin düşmüş, rayonun mədəniyyət, təhsil, səhiyyə və sosial infrastrukturu tamamilə dağıdılmışdı:

    "Ermənistanın bölgədə həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti, ərazilərə vurduğu ağır ekoloji və maddi ziyan beynəlxalq hüququn kobud şəkildə pozulmasının bariz nümunəsi idi. Vətən müharibəsində Azərbaycan Ordusunun şücaəti və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində Kəlbəcər rayonunun şimal hissəsində mühüm strateji yüksəkliklər azad edildi. Bu, Ermənistan ordusunun hərbi-logistik təminatını iflic edərək 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatında Kəlbəcərin Azərbaycanın nəzarətinə qaytarılmasını təmin edən əsas amillərdən biri oldu. 25 noyabr 2020-ci ildə Kəlbəcərin bir güllə atılmadan, diplomatik üstünlük yolu ilə Azərbaycana təhvil verilməsi müasir tariximizin ən böyük siyasi nailiyyətlərindəndir."

    Deputat qeyd edib ki, 1993-cü il 30 aprel tarixli 822 saylı BMT Təhlükəsizlik Şurası Qətnaməsi Ermənistan–Azərbaycan münaqişəsi üzrə qəbul edilmiş ilk beynəlxalq sənəddir və Kəlbəcərin işğalına dünya birliyinin verdiyi rəsmi reaksiyanı əks etdirirdi:

    "Qətnamədə Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Bu sənəd beynəlxalq hüquq baxımından Ermənistanın işğalçı tərəf olduğunu təsdiqləyən fundamental normativ akt idi. Lakin rəsmi İrəvan bu tələbə əməl etmədi və uzun illər ərzində qətnamənin icrasından imtina etdi. BMT TŞ-nin daimi üzvləri də daxil olmaqla beynəlxalq təşkilatlar qətnamənin icrası üçün mexanizmlər tətbiq etmədilər. Qətnamənin yerinə yetirilməməsi beynəlxalq hüquq sisteminin selektivliyini və ikili standartlar siyasətinin mövcudluğunu bir daha üzə çıxardı. Nəticədə Kəlbəcər və digər ərazilər 2020-ci ilədək faktiki işğal altında qaldı və milyonlarla azərbaycanlının fundamental hüquqları pozuldu."

    S.Mikayılova əlavə edib ki, 1999-cu ildən etibarən Ermənistan Kəlbəcər də daxil olmaqla işğal olunmuş Azərbaycan ərazilərində məqsədyönlü və planlı şəkildə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməyə başladı:

    "Bu fəaliyyət Cenevrə Konvensiyalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT prinsiplərinə, beynəlxalq humanitar hüququn əsas normalarına tam zidd idi."

    Deputat qeyd edib ki, 2020-ci ilin noyabrın 25-də Kəlbəcər nəzarətimizə keçəndən sonra rayonda böyük quruculuq işləri görülməyə başlandı:

    "Kəlbəcər şəhəri və rayonunun bütövlükdə yenidən qurulması Azərbaycan Respublikasının azad edilmiş ərazilərdə həyata keçirdiyi ən böyük urbanizasiya, infrastruktur və sosial-iqtisadi inkişaf layihələrindən biridir. İşğal nəticəsində tamamilə dağıdılmış Kəlbəcər bu gün ölkədə “ağıllı şəhər”, “yaşıl enerji zonası”, müasir kənd təsərrüfatı və turizm mərkəzi konseptlərinin tətbiq edildiyi əsas regionlardan birinə çevrilir. Bütün bu proseslər həm dövlət siyasətinin prioritetlərindən, həm də Prezident İlham Əliyevin bölgəyə ardıcıl səfərləri zamanı müəyyən etdiyi strateji inkişaf vizyonundan irəli gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Kəlbəcər şəhərinin 2040-cı ilədək Baş planı” rayonda müasir, funksional və ekoloji dayanıqlı şəhər modelinin qurulmasını nəzərdə tutur. Şəhərin ərazisi iki dəfədən çox genişləndirilir, yeni yaşayış məhəllələri, inzibati binalar, parklar, məktəblər, bağçalar, xəstəxanalar və idman obyektləri inşa olunur. Yaşıllıq sahəsinin adambaşına düşən norması ölkə üzrə ən yüksək göstəricilərdən biridir. "

    S.Mikayılova qeyd edib ki, Vətən müharibəsində Zəfərdən sonra Kəlbəcərdə həyata keçirilən yenidənqurma və bərpa proqramı Azərbaycan dövlətinin azad olunmuş ərazilərdə apardığı ən böyük və ən çətin layihələrdən biridir:

    "İşğal zamanı tamamilə dağıdılmış şəhər və kəndlərin, yol-nəqliyyat, enerji, təhsil, səhiyyə və turizm infrastrukturunun bərpası qısa müddətdə geniş miqyasda həyata keçirilir və Kəlbəcər bu gün ölkənin ən sürətli dəyişən bölgələrindən birinə çevrilir. Kəlbəcərə ilk köç bu ilin avqustun 21-də həyata keçirildi. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Kəlbəcər şəhərində birinci yaşayış kompleksinin açılışını etdi, sakinlərə mənzillərinin açarını təqdim etdi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yeni Kəlbəcərin ilk sakinlərini təbrik etdi."

    S.Mikayılova əlavə edib ki, Kəlbəcər şəhərində yüzlərlə ailənin yaşayacağı yeni məhəllələr tikilir:

    "Hazırda 524 ailəlik kompleksin ilk mərhələsinə köçürmə həyata keçirilir, yeni çoxmənzilli binalar, sosial obyektlər, park və istirahət zonaları istifadəyə verilir. Digər yaşayış komplekslərinin də təməlləri qoyulub və sürətlə tikinti gedir. Yanşaq, Zallar, Zar kimi böyük kəndlərin tamamilə yenidən layihələndirilməsi və qurulması aparılır. Bu kəndlərdə yüzlərlə fərdi ev, məktəblər, bağçalar, ictimai obyektlər inşa edilir. Məskunlaşdırma mərhələli şəkildə həyata keçirilir və hər bir kənd müasir kənd modeli kimi formalaşır. Bundan başqa yol–nəqliyyat, enerji infrastrukturu, turizm, sosial infrastruktur layihələri sürətlə həyata keçirilir."

    #Azərbaycan #Prezident İlham Əliyev #Sevil Mikayılova #Kəlbəcər #işğaldan azad olunmuş ərazilər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb

    25 Noyabr 2025 12:36

    Kəlbəcərdə ilk dəfə Şəhər Günü keçirilir

    25 Noyabr 2025 12:11

    Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə təbrik məktubu ünvanlayıb

    25 Noyabr 2025 11:24

    AAYDA “AFEN Plaza”da baş verən partlayışa səbəb kimi yol təmirinin göstərilməsinə aydınlıq gətirdi

    25 Noyabr 2025 11:08

    Bakı “İƏT Mədəniyyət Festivalı: Yaradıcı Həftə – 2025”ə ev sahibliyi edəcək

    25 Noyabr 2025 10:19

    Prezident İlham Əliyev Kəlbəcərin azad olunmasının beşinci ildönümü ilə bağlı paylaşım edib

    25 Noyabr 2025 09:04

    Bu gün Kəlbəcər Şəhəri Günüdür

    25 Noyabr 2025 00:05

    Azərbaycan və Rumıniya prokurorluq orqanları arasında əməkdaşlıq müzakirə olunub

    24 Noyabr 2025 20:34

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 24-də Azərbaycan Bəhailəri Dini Mərkəzinin fəaliyyəti ilə tanış olub

    24 Noyabr 2025 18:02

    Azərbaycan ilə Türkiyə arasında statistika sahəsində Anlaşma Memorandumu təsdiq edilib

    24 Noyabr 2025 17:55

    Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlıq müzakirə olunub

    24 Noyabr 2025 15:55

    Regionlarda mediasiyanın inkişafı hüquqi xidmətin keyfiyyətini artırır - Hümmət Əliyev

    24 Noyabr 2025 15:03
    Demo
    XƏBƏR LENTİ

    Qalatasaray UEFA Çempionlar Liqasının 5-ci turunda Yunion Sent-Jilluaz qəbul edəcək

    Ekrem İmamoğlu üçün iddianamə İstanbul məhkəməsi tərəfindən qəbul edilib

    Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb

    Sudanda üç aylıq humanitar atəşkəs elan edilib

    Kəlbəcərdə ilk dəfə Şəhər Günü keçirilir

    Qazaxıstanda AZAL təyyarəsinin qəzası ilə bağlı yekun hesabatın təqdim olunacaqğı tarix açıqlandı

    Yaponiya və ABŞ liderləri telefon danışığında əməkdaşlığı təsdiqlədilər

    Van hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib (ÖZƏL)

    İşğaldan Zəfərə, Zəfərdən quruculuğa: Kəlbəcərin beşillik yolu

    Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.