BAKI,AzerVoice
Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması işlərinin bir istiqaməti də həmin şəxslərin reabilitasiya vasitələri ilə təmin olunmasıdır.
AzerVoice xəbər verir ki, zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 2371 şəxsə 82 min reabilitasiya vasitəsi verilib.
O cümlədən, müharibədə əzalarını itirmiş 494 hərbçi 612 yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilib. Aktivlik və funksionallığı ilə seçilən bu protezlər vasitəsilə onlar aktiv həyata dönüş imkanı əldə ediblər.
Eyni zamanda, həmin şəxslərin yüksək texnologiyalı xüsusi idman protezləri ilə də təminatı da həyata keçirilib ki, nəticədə onlar idman oyunlarında daha sərbəst, rahat hərəkətlər edə bilirlər.