Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Tovuzda dönərdən kütləvi zəhərlənmə: Xəstəxanaya yerləşdirilənlərin sayı 36-ya çatdı

    26 İyun 2025 08:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Tovuz şəhərində fəaliyyət göstərən “022” dönər evində baş verən kütləvi zəhərlənmə hadisəsində xəstəxanaya yerləşdirilənlərin sayı 36 nəfərə çatıb.

    AzerVoice xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və TƏBİB-in verdiyi məlumata görə, zəhərlənmə şübhəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə aparılan şəxslərin hamısına zəruri tibbi yardım göstərilib. Onların vəziyyəti hazırda stabil qiymətləndirilir və müalicələri davam etdirilir.

    Hadisənin təfərrüatları

    İlkin məlumatlara əsasən, zəhərlənmə hadisəsi dünən saat 16:55 radələrində qeydə alınıb. Əvvəlcə 14 nəfər (7-si kişi, 7-si qadın), daha sonra bu say sürətlə artaraq 20-yə, 28-ə və nəhayət 36 nəfərə çatıb.

    AQTA bildirib ki, baş verən hadisə ilə əlaqədar qurumun mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə araşdırmalara başlayıb. Araşdırmalar zamanı qida nümunələri götürülərək laboratoriyaya göndərilib, müəssisənin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılıb.

    Agentliyin yaydığı bəyanatda qeyd olunur ki, “Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “022” dönər evində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün laborator müayinələr aparılır. İctimai iaşə müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.”

    TƏBİB isə bildirib ki, hospitalizasiya edilən bütün şəxslərə ilkin tibbi yardım göstərilib və vəziyyətləri hazırda nəzarət altındadır.

    #Azərbaycan #TƏBİB #Tovuz #AQTA
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakıda "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir

    10 Dekabr 2025 15:56

    AXCP sədri Əli Kərimli barəsində vəsatət təmin edilməyib

    10 Dekabr 2025 15:52

    Azərbaycan və Özbəkistan arasında 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalanıb

    10 Dekabr 2025 15:30

    Energetika naziri TDT çərçivəsində “Mərkəzi Asiya-Azərbaycan-Türkiyə” enerji körpüsünün yaradılmasından danışıb

    10 Dekabr 2025 12:47

    Veteran və qazilərin məzuniyyət müddəti artırılır

    10 Dekabr 2025 12:39

    İstanbulda Azərbaycanın rəsmi turizm nümayəndəlik ofisi açıldı

    10 Dekabr 2025 10:34

    Heydər Əliyev Fondu ilə Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında anlaşma memorandumu imzalanıb

    10 Dekabr 2025 09:20

    Azərbaycanla Pakistan arasında mədəni əməkdaşlıq müzakirə olunub

    9 Dekabr 2025 16:25

    Aİ ilə Ermənistan arasında imzalanan sənəd sülh gündəliyinə ziddir - XİN

    9 Dekabr 2025 15:36

    Azərbaycan Bəhreyndə keçirilən “Mara’ee 2025” tədbirində yüksək səviyyədə təmsil olunub

    9 Dekabr 2025 15:04

    Azərbaycan–NATO əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub

    9 Dekabr 2025 12:24

    Azərbaycanda daxili qoşunlarla bağlı yeni qanun qəbul edilir

    9 Dekabr 2025 12:18
    Demo
    XƏBƏR LENTİ

    Bakıda "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir

    AXCP sədri Əli Kərimli barəsində vəsatət təmin edilməyib

    Qəzzada son 24 saatda daha 2 nəfər həlak olub

    Azərbaycan və Özbəkistan arasında 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalanıb

    Ərdoğan Türkmənistana səfər edəcək

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin sədri arasında görüş keçirilib

    Türkiyədən Qətərə avtomobil ixracı 13 milyon dolları keçib (ÖZƏL)

    Özbəkistan və Türkiyə Türk investisiyalarını genişləndirməyi müzakirə edib

    Togg Türkiyədə elektrikli avtomobil bazarının lideri olub

    Adnan Menderes hava limanında sərnişindaşıma 11 milyon nəfəri keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.