Əsas səhifə » Ətraf mühitin qorunması estafeti Azərbaycana ötürüldü

Ətraf mühitin qorunması estafeti Azərbaycana ötürüldü

BAKI, AzerVoice

Bu gün Koreya Respublikasında BMT-nin Ətraf mühit proqramı (UNEP) tərəfindən təşkil olunmuş Ümumdünya Ətraf mühitin Mühafizəsi günü keçirilir.

AzerVoice xəbər verir ki, Ümumdünya Ətraf mühitin Mühafizəsi Günü ilə bağlı tədbirlər çərçivəsində estafetin təntənəli şəkildə Azərbaycana ötürülməsi baş tutacaq.

Belə ki, məhz Azərbaycan 2026-cı ildə bu qlobal tədbirə ev sahibliyi edəcək.

Qeyd edək ki, 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ətraf mühitin qorunmasına həsr olunmuş ən mühüm beynəlxalq gündür. 1973-cü ildən etibarən hər il BMT-nin Ətraf Mühit Proqramının rəhbərliyi ilə keçirilən bu Gün çərçivəsində təşkil olunan tədbirlər planetin qorunması işində milyonlarla insanın iştirak etdiyi ən böyük qlobal ekoloji platformaya çevrilib.

Digər Kateqoriyalar

2025 © Azervoice