Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib

    21 Dekabr 2025 12:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email


    BAKI, AzerVoice

    Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və "Azercell Telecom" MMC-nin tərəfdaşlığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində növbəti Uşaq Paralimpiya Oyunları keçirilib.

    AzerVoice-un məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, Azərbaycan Deflimpiya Komitəsinin prezidenti Anar Bayramov, İdman Akademiyasının rektoru Fuad Hacıyev, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

    Çıxışlarda Azərbaycanda milli paralimpiya hərəkatının ötən illər ərzində böyük inkişaf yolu keçdiyi, Prezident İlham Əliyevin paralimpiya idmanına göstərdiyi xüsusi diqqət nəticəsində idmançıların tarixi uğurlar qazandığı vurğulanıb. Qeyd edilib ki, uşaq paralimpiyaçılar da bu nailiyyətləri davam etdirmək əzmindədirlər.

    Tədbirdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradıcı heyəti musiqi nömrələri təqdim edib.

    Oyunlarda 130 uşaq paralimpiyaçı iştirak edib və 8 idman növü üzrə mübarizə aparıblar: paracüdo, parastolüstü tennis, parataekvondo, paraüzgüçülük, parapauerliftinq, parabadminton, parakamandan oxatma və boccia. Bu ilki Oyunlar əvvəlkilərə nisbətən daha çox idman növünü əhatə edib.

    Sonda qaliblər mükafatlandırılıb, digər iştirakçılara isə sertifikat və hədiyyələr təqdim olunub. Uşaq Paralimpiya Oyunlarının əsas məqsədi əlilliyi olan uşaqları idmana cəlb etmək və onların bacarıqlarını inkişaf etdirərək gələcəkdə Azərbaycanı beynəlxalq arenalarda təmsil edəcək yeni paralimpiyaçı nəslini yetişdirməkdir.

    Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib
    Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib
    Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib
    Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib
    Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib
    Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib
    Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib
    Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib
    #Azərbaycan #Prezident İlham Əliyev #Gənclər və İdman Nazirliyi #Sumqayıt #DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi #Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi #Fərid Qayıbov #İlham Zəkiyev #Sosial Xidmətlər Agentliyi #Anar Əliyev #ƏƏSMN #Hidayət Abdullayev #Milli Paralimpiya Komitəsi #Azercell Telecom #Çingiz Hüseynzadə #Anar Bayramov #Fuad Hacıyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası Bakıda keçiriləcək

    21 Dekabr 2025 12:50

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

    21 Dekabr 2025 10:12

    Bakıda yanğın baş verib

    21 Dekabr 2025 09:55

    Misli Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib

    20 Dekabr 2025 16:36

    Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub

    20 Dekabr 2025 16:03

    Mədəniyyət naziri Adil Kərimli Qətər Dövlətinin Milli Günü ilə bağlı tədbirlərdə iştirak edib

    20 Dekabr 2025 15:37

    Monteneqro Vaşinqtonda əldə olunmuş razılaşmaları aqlışlayır - Ervin İbrahimoviç

    20 Dekabr 2025 15:23

    Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb

    20 Dekabr 2025 15:20

    Erməni lobbisinin revanşist strategiyası: post-münaqişə dövründə sülh gündəliyinə qarşı sistemli təzyiqlər

    20 Dekabr 2025 14:58

    ”Azərbaycan və Monteneqro arasındakı münasibətlər konkret nəticələrə və birgə işə əsaslanır” — Ervin İbrahimoviç

    20 Dekabr 2025 14:55

    Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib

    20 Dekabr 2025 14:12

    Monteneqro ilə iqtisadi əməkdaşlıq əsas istiqamətlərdən biridir - Ceyhun Bayramov

    20 Dekabr 2025 13:59
    Demo
    XƏBƏR LENTİ

    İraqda mümkün İsrail zərbələri: silahlanma böhranı dərinləşir

    ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada təmkinli olmağa çağırır

    Türkiyənin İskenderun limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası Bakıda keçiriləcək

    Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib

    Türkiyədən Fransaya avtomobil ixracı artıb (ÖZƏL)

    Kamboca və Tailand sərhədində döyüşlər səbəbindən təxliyələr davam edir

    Ford ABŞ-də 270 mindən çox elektrik və hibrid avtomobilini geri çağırır

    İranlıların Türkiyədən daşınmaz əmlak alışı azalıb (ÖZƏL)

    İslamda duanın mənəvi mahiyyəti və qəbul şərtləri

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.