Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Səudiyyə Ərəbistanı

    Səudiyyə rəsmisi Trampa israilliləri Alyaskada yerləşdirməyi təklif edir

    10 Fevral 2025 11:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    İsrailin baş naziri Benyamin Netanyahunun "Səudiyyə Ərəbistanının kifayət qədər torpaqları var, orada Fələstin dövləti qura bilərlər" açıqlamasına Səudiyyə Ərəbistanı Şurasının üzvü Yusuf bin Tirad əs-Sədun sərt reaksiya verib.

    AzerVoice xəbər verir ki, Sədun, ABŞ prezidenti Donald Trampın Qəzzadakı fələstinlilərin üçüncü ölkələrə köçürülməsi ilə bağlı təklifini tənqid edib və İsrailin mövcud siyasətlərini pisləyib.

    Sədun Netanyahunun təklifini rədd edərək, "Əgər Tramp sülh və sabitlik istəyirsə, israilliləri əvvəlcə Alyaskaya, sonra isə Qrenlandiyaya köçürsün" - deyə ironiya ilə cavab verib. O, ABŞ-ın "suveren torpaqların qeyri-qanuni işğalı və etnik təmizləmə siyasəti apardığını" vurğulayaraq, bunun beynəlxalq hüquqa görə insanlığa qarşı cinayət olduğunu bildirib.

    "Sionistlər və onların müttəfiqləri media təzyiqi və siyasi manevrlərlə Səudiyyə Ərəbistanını manipulyasiya edə bilməzlər", - deyə o əlavə edib.

    Sədun, Səudiyyə Ərəbistanının beynəlxalq qərarlara uyğun olaraq, paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin qurulmasını dəstəklədiyini bir daha bəyan edib.

    Qeyd edək ki, Səudiyyə Ərəbistanında Şura Şurası qanunvericilik səlahiyyətinə malik olmasa da, ölkə kralına siyasi, iqtisadi və sosial məsələlərdə məsləhət verən bir orqandır.

    #Benyamin Netanyahu #Fələstin #Səudiyyə Ərəbistanı #Donald Tramp
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-Belçika münasibətlərində yeni mübahisə

    18 Fevral 2026 16:26

    Ankara Vaşinqton və Tehranla intensiv təmasdadır - Ərdoğan

    18 Fevral 2026 14:13

    Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb

    17 Fevral 2026 17:05

    Səkkiz ölkənin XİN rəhbəri İsrailin torpaq qərarını beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirib

    17 Fevral 2026 16:29

    Tramp Səudiyyə Ərəbistanı ilə BƏƏ arasındakı gərginliyə münasibət bildirib

    17 Fevral 2026 11:47

    Tramp Kuba ilə danışıqların başlandığını açıqlayıb

    17 Fevral 2026 10:19

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    Türkiyə ilə Səudiyyə regional məsələləri müzakirə edib

    16 Fevral 2026 15:24

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    16 Fevral 2026 13:52

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    Yanvarda Səudiyyə–Türkiyə marşrutu üzrə 167 min tondan çox yük daşınıb (ÖZƏL)

    13 Fevral 2026 15:54
    XƏBƏR LENTİ

    Maliyyə naziri Sahil Babayev İctimai şura üzvləri ilə görüşüb

    Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb

    Yanvarda Türkiyənin mebel ixracı 562 milyon dolları ötüb (ÖZƏL)

    İran-Rusiya strateji əməkdaşlığı bütün sahələrdə sürətlə icra olunur - Pezeşkian

    Nə Rusiya, nə də Çin nüvə sınağı keçirib - Peskov

    ABŞ-Belçika münasibətlərində yeni mübahisə

    Böyük şeytanın gözü İranın sərvətlərindədir... "Sülh qarşılığında neft"?

    Alim Nəbiyevdən ardıcıl üçüncü qələbə

    Se7en - Yeddi günahın qanlı izi

    Aeroport şosesində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.