BAKI, AzerVoice
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ prezidenti Donald Trampa ölkəyə tətbiq edilən gömrük rüsumları ilə bağlı cavab məktubu ünvanlayıb.
AzerVoice xəbər verir ki, Tokayev məktubunda Qazaxıstanın ABŞ-ın uzunmüddətli ticarət və investisiya tərəfdaşı olaraq ədalətli, proqnozlaşdırıla bilən və qarşılıqlı faydalı ticarət əlaqələrinin inkişafına sadiq qaldığını vurğulayıb.
O, Qazaxıstanın ticarətlə bağlı məsələlərin rasional həlli üçün konstruktiv dialoqu davam etdirməyə hazır olduğunu təsdiqləyib.
Tokayev məktubunda iki ölkə arasında mövcud ticarət probleminin kompromis yolu ilə həll olunacağına əminliyini ifadə edib.
Qeyd edək ki, daha əvvəl Donald Tramp Qazaxıstandan idxal edilən məhsullara 25 faizlik gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.