Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür

    12 Dekabr 2025 00:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümüdür. Ulu Öndər Heydər Əliyevin vəfatından 22 il keçir. Heydər Əliyev dahi siyasətçi idi, o, regional siyasətin aparıcı simalarından biri olaraq həm öz xalqı arasında, həm də beynəlxalq siyasi arenada böyük nüfuza malik idi.

    AzerVoice-un məlumatına görə, Ümummilli Liderin xatirəsi Azərbaycanda, o cümlədən xarici ölkələrdə ehtiramla yad edilir.

    Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. O, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

    Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

    Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

    1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan üçün xilas yolu oldu. Ən çətin anda o, ölkəyə geri dönərək siyasi böhran və iqtisadi tənəzzüldən çıxış yolu tapdı. O, o zamankı bacarıqsız hakimiyyətin yaratdığı vəziyyəti düzəldə bildi, müharibəni dayandırdı, vətəndaş qarşıdurmasının qarşısını aldı və ölkəni tərəqqi yoluna yönəltdi. Məhz Heydər Əliyevin səyi ilə tarixi “Əsrin müqaviləsi” imzalandı. Ulu öndərin neft strategiyası Azərbaycanın iqtisadi inkişafına güclü təkan verdi. 1998-ci ildəki andiçmə mərasimində o, belə deyirdi: "Biz XXI əsrə daha da qüdrətli, müstəqil Azərbaycan dövləti çatdırmaq istəyirik. Gələcək nəsillərə daha xoşbəxt həyat yaratmaq istəyirik. Azad, sərbəst, demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini göstərəcəkdir".

    Bu gün Azərbaycan güclü, nüfuzlu və həqiqətən müstəqil bir dövlətdir. Ulu öndərin qoyduğu möhkəm təməl üzərində Prezident İlham Əliyev Azərbaycanın misilsiz uğur hekayəsini yazdı. Ölkədə yoxsulluğun öhdəsindən gəlindi, möhtəşəm iqtisadiyyat quruldu, peşəkar ordu formalaşdırıldı və Azərbaycanın beynəlxalq arenada hesablaşılmalı bir oyunçu kimi möhkəm imici yaradıldı. Biz, qalib xalq olaraq, azad, sabit və çiçəklənən bir ölkədə yaşayırıq.

    #Heydər Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz iz qoyub - XİN

    12 Dekabr 2025 00:41

    8 Noyabr - Zəfər Gününün beşinci ildönümü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib (FOTO)

    8 Noyabr 2025 18:50

    Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Respublikası regionda lider və dünyada mötəbər bir dövlət kimi tanınır

    4 Noyabr 2025 09:43

    Çili parlamentariləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

    26 Sentyabr 2025 13:57

    Suriyanın keçid dövrü Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

    12 İyul 2025 17:49

    Pakistan Milli Assambleyasının nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb

    7 İyul 2025 13:57

    Aşqabadda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib

    10 May 2025 16:12

    Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

    10 May 2025 11:48

    Gürcüstan Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

    16 Aprel 2025 10:58

    Prokurorluq əməkdaşları anım günü ilə bağlı Fəxri Xiyabanı ziyarət edib

    12 Dekabr 2024 12:15

    DTX-nin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər

    12 Dekabr 2024 11:57

    Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

    12 Dekabr 2024 11:23
    Demo
    XƏBƏR LENTİ

    Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz iz qoyub - XİN

    Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür

    Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

    Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

    Tarixdə bu gün – 12 Dekabr

    İqtisadiyyat Nazirliyində Ərdəbil valisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

    Azərbaycan-BƏƏ media sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə edilib

    Suriyada 2024-cü il və əvvəlki vergi borclarına dair cərimə və faizlərə amnistiya tətbiq edilib

    Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərə son söz verilib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.