Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Respublikası regionda lider və dünyada mötəbər bir dövlət kimi tanınır

    4 Noyabr 2025 09:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    AzerVoice xəbər verir ki, Pekindəki diplomatik missiyaların rəhbərlərinin, hərbi attaşelərin, Çin ictimaiyyətinin, işgüzar dairələrin nümayəndələrinin, Çində təhsil alan və çalışan azərbaycanlıların qatıldıqları tədbirdə çıxış edən səfir Bünyad Hüseynov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildiyini, bu qərarın ölkəmizin müasir tarixinin iki mühüm hadisəsini - Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində şanlı Qələbəmizin 5-ci ildönümü kimi iki mühüm hadisəni özündə birləşdirdiyini deyib.

    “Bu iki mühüm hadisə birlikdə müasir Azərbaycan dövlətçiliyinin təməli olan Konstitusiyamızda əks olunmuş qanunun aliliyini, eyni zamanda, çətin qazanılan müstəqilliyini, xalqımızın vəhdəti, Silahlı Qüvvələrimizin rəşadəti və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində ərazi bütövlüyünün bərpasını simvolizə edir”, - deyə B.Hüseynov vurğulayıb.

    Qeyd olunub ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən rəhbərliyi ilə qəbul edilmiş Konstitusiya sabit idarəetmə sisteminin, vətəndaşların hüquqlarının qorunmasının və milli suverenliyin institusionallaşdırılmasının əsasını qoyub. 2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal xarakterli antiterror əməliyyatları Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri üzərində suverenliyini bərpa edərək, xalqımızın birliyini və gücünü bir daha təsdiqləyib.

    “Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Respublikası konstitusiya dəyərlərini və beynəlxalq hüquq normalarını rəhbər tutan müasir, güclü və suveren dövlətdir. Müharibədə qalib və sülhdə qətiyyətli olan ölkəmiz regionda lider və dünyada mötəbər bir dövlət kimi tanınır”, - deyən diplomat əlavə edib ki, ölkəmiz milli maraqlarını və təhlükəsizliyini uğurla müdafiə etməklə yanaşı, regionda sabitliyə və əməkdaşlığa töhfələr verir.

    Səfir B.Hüseynov tədbirin xüsusi qonağı - Aprel döyüşlərinin iştirakçısı, “Vətən uğrunda” medalı ilə təltif olunan polkovnik-leytenant Vüqar Abduləzimovun simasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda haqlı mübarizəsinin iştirakçılarının qəhrəmanlığını xalqımızın heç vaxt unutmayacağını deyib.

    Sonra musiqiçilər Çilənay Bədəlova, Cavid Mehdiyev, Cəlal Kərimov və Emin Kazımzadənin ifasında Azərbaycan musiqisinin inciləri təqdim edilib, ölkəmizə aid videoçarxlar nümayiş olunub.

    Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Respublikası regionda lider və dünyada mötəbər bir dövlət kimi tanınır
    Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Respublikası regionda lider və dünyada mötəbər bir dövlət kimi tanınır
    Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Respublikası regionda lider və dünyada mötəbər bir dövlət kimi tanınır
    Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Respublikası regionda lider və dünyada mötəbər bir dövlət kimi tanınır
    Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Respublikası regionda lider və dünyada mötəbər bir dövlət kimi tanınır
    Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Respublikası regionda lider və dünyada mötəbər bir dövlət kimi tanınır
    Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Respublikası regionda lider və dünyada mötəbər bir dövlət kimi tanınır
    Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Respublikası regionda lider və dünyada mötəbər bir dövlət kimi tanınır
    Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Respublikası regionda lider və dünyada mötəbər bir dövlət kimi tanınır
    #Prezident İlham Əliyev #Çin #Heydər Əliyev #44 günlük Vətən müharibəsi #Zəfər Günü #Dövlət Bayrağı günü #2023 antiterror əməliyyatı Qarabağ
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək

    28 Yanvar 2026 19:12

    Azərbaycanda tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilib

    28 Yanvar 2026 19:11

    Azərbaycan və Gürcüstan Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənib

    28 Yanvar 2026 19:04

    Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib

    27 Yanvar 2026 17:36

    2025-ci ildə 2813 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub

    27 Yanvar 2026 17:30

    Fransada 15 yaşdan aşağı şəxslərə sosial media qadağan olundu

    27 Yanvar 2026 13:26

    Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub

    27 Yanvar 2026 12:17

    Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışında iştirak edib

    27 Yanvar 2026 11:47

    Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib

    27 Yanvar 2026 11:40

    "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

    26 Yanvar 2026 17:45

    Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb

    26 Yanvar 2026 17:38

    "Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqlənib

    26 Yanvar 2026 17:28
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı ABŞ-a vasitəçilik təklif edib - ABŞ rəsmiləri

    Ukraynadakı diaspor rəhbəri dövlət mükafatı ilə təltif olunub

    Energetika Nazirliyində Azərbaycan–Aİ enerji əməkdaşlığı müzakirə edilib

    “AzerGold” QSC 2026-cı il üzrə ilk ixrac əməliyyatını həyata keçirib

    PAL Cooling Holding BƏƏ-də mərkəzləşdirilmiş soyutma bazarında mövqeyini gücləndirir

    Tramp SDQ-yə qarşı Şəraanı dəstəklədiyini bildirib

    Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək

    Azərbaycanda tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilib

    Azərbaycan və Gürcüstan Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənib

    HƏMAS Qəzza idarəçiliyini fələstinli texnokratlar komitəsinə təhvil verməyə hazır olduğunu bildirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.