Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Trend-in Türkiyə xəbər agentlikləri ilə əməkdaşlıq modeli TDT-də dezinformasiya ilə mübarizə mexanizminin qurulmasında örnək olmalıdır - Alptekin Cihangir İşbilir

    27 Noyabr 2025 21:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyə və Azərbaycan xəbər agentlikləri arasında əlaqələr hər ötən gün daha da inkişaf edir. Bu məsələlərdə Trend Beynəlxalq İnformasiya Agentliyinin çox önəmli bir payı var.

    AzerVoice xəbər verir ki, bunu bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində baş tutan “Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları” mövzusuna həsr olunan ikinci panel sessiyada çıxışı zamanı deyib.

    Alptekin Cihangir İşbilir xatırladıb ki, Trend Beynəlxalq İnformasiya Agentliyi həm “Albayrak” Media Qrupu, həm “Demirören” İnformasiya Agentliyi ilə çox güclü əməkdaşlıq mexanizmi həyata keçirir və ortaq istehsal həyata keçirir:

    “Biz Trend Beynəlxalq İnformasiya Agentliyinin xəbərlərini, “Azernews” qəzetini, “TurkicWorld” platformasını çox yaxından izləyirik. Bu əməkdaşlığın daha yüksək səviyyələrdə inkişaf etdirilməsi üçün Türkiyənin Azərbaycandakı səfirliyi olaraq üzərimizə düşəni etməyə çalışırıq”.

    Mətbuat müşaviri bildirib ki, Trend-in “TurkicWorld” layihəsi Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin bütün media orqanları üçün çox gözəl modeldir:

    “Bu model ilk növbədə həm analoq, həm də rəqəmsal mediada tətbiq edilməli, örnək alınmalıdır. Trend-in ərsəyə gətirdiyi bu əməkdaşlıq modeli bütün türk ölkələrinin xəbər agentlikləri üçün də bu istiqamətdə müxtəlif layihələrin keçirilməsində baza rolunu oynaya bilər”.

    A.C.İşbilir vurğulayıb ki, Trend-lə “Albayrak”, “Demirören” və digər agentliklərin əməkdaşlıq modeli sadəcə Azərbaycan və Türkiyə çərçivəsində əhatələnməməlidir:

    “Bu, eyni zamanda digər türk dövlətlərində də tətbiq edilməlidir. Türk dövlətlərinin digər agentlikləri ilə də eyni səviyyədə bağlantılar qurulmalıdır.

    Mən bu modeldən örnək götürüləcəyini düşünürəm. Bu, Türk Dövlətləri Təşkilatının vahid media agentliyi kimi dezinformasiya ilə mübarizə mexanizminin qurulmasında da örnək olmalıdır”.

    O, sonda Trend Beynəlxalq İnformasiya Agentliyini həm türk dünyasına göstərdiyi xidmətlər, həm də Azərbaycan-Türkiyə media əlaqələrinin inkişafına verdiyi faydalara görə təbrik edib.

    #Alptekin Cihangir İşbilir #Türkiyənin Azərbaycandakı səfirliyi #Türkiyə və Azərbaycan xəbər agentlikləri arasında əlaqələr #Trend Beynəlxalq İnformasiya Agentliyi #Türk Dövlətləri Təşkilatının Media Forumu #Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları #Albayrak Media Qrupu #Demirören İnformasiya Agentliyi #Azernews qəzeti #TurkicWorld platforması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    1 Fevral 2026 12:00

    Zirvədə əsas məqsədimiz qadınların bu platformaya bağlanması, eyni enerjini, eyni ilhamı hiss etməsidir - Rafiq Hunaltay

    9 Yanvar 2026 10:53

    Cihangir İşbilir “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif edilib

    24 Dekabr 2025 15:15

    Bakıda “Cəbhədən Fotolarla Çanaqqala Döyüşləri” adlı sərgi və panel keçiriləcək

    21 Oktyabr 2025 14:40

    Bakıda “Türk Dünyası: Ortaq Mirasdan Ortaq Gələcəyə Doğru” konfransı keçirilib

    17 Sentyabr 2025 17:00

    Türkiyənin Bakıdakı səfirliyindən 28 May – Müstəqillik Günü münasibətilə təbrik

    28 May 2025 14:00

    İyun ayında TDT-nin ailə nazirləri Bakıda bir araya gələcək - Birol Akgün

    22 May 2025 11:55

    Bakıda “VI Müstəqil İş Adamları” tədbiri keçirilib

    28 Aprel 2025 16:34

    Türkiyənin Azərbaycandakı səfirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

    31 Mart 2025 14:19

    Türk dünyası ədalətsiz sistemin fəsadlarını ciddi şəkildə hiss edir - Cihangir İşbilir (ÖZƏL MÜSAHİBƏ)

    4 Mart 2025 16:10

    Alptekin Cihangir İşbilirin kitabı çapdan çıxdı

    11 Oktyabr 2024 17:18

    MÜSİAD Azərbaycan media nümayəndələri ilə iclas keçirib

    9 Avqust 2024 17:26
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 2 fevral

    Trampın hərbi təhdidlərinə kəskin cavab olaraq, İranın müttəfiqləri regional qarşıdurmanı genişləndirməklə hədələyirlər

    Kentavrlar mifdir, yoxsa qədim mədəniyyətlərin ortaq simvolu?

    İslam mənbələrində cinlərin məskənləri haralar sayılır?

    "Real Madrid" son saniyə penalti ilə "Rayo Valyekano"nu məğlub etdi

    Qazilikdən imtina idən alim: Əbhərinin Elm və Zühd Dolu Ömrü

    Orta əsrlər müsəlman alimlərinin tibbi inqilabı - İslamda psixoterapiya varmı?

    Bəlucistan döyüş meydanına döndü: 31 mülki şəxs həlak olub

    Xamenei etirazları "çevrilişə" bənzədir və regional müharibə barədə xəbərdarlıq edir

    Türkiyənin sərhəd təhlükəsizliyi və Suriya razılaşması: Regional təsir analizi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.