Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Kamçatkada güclü zəlzələnin geoloji təsiri üzə çıxıb

    9 Avqust 2025 14:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Zeynəb Raminqızı

    Rusiyanın Kamçatka yarımadasında baş verən 8,8 bal gücündə zəlzələdən bir həftə sonra yer səthində ciddi geodinamik dəyişikliklər baş verib.

    AzerVoice xəbər verir ki, Rusiya Elmlər Akademiyasının geodinamik müşahidələrə əsaslanan ilkin hesablamalarına görə, Kamçatkanın cənub ucunda yerləşən quru kütlələri təxminən 2 metr məsafədə şimal-şərqə doğru yer dəyişib. Bu barədə qurum öz rəsmi Telegram hesabında məlumat yayıb.

    “İyulun 30-da baş verən zəlzələ nəticəsində yaranan koseysmik sürüşmələr ən çox yarımadanın cənub hissəsində müşahidə olunub”, – deyə açıqlamada qeyd edilib.

    Zəlzələnin episentri Sakit okeanın dərinliklərində yerləşsə də, onun yaratdığı enerji Çilidən Yaponiyaya qədər uzanan sahilboyu bölgələrdə sunami xəbərdarlıqlarına səbəb olub. Qeyd edək ki, bu zəlzələ dünya tarixində qeydə alınan ən böyük altı zəlzələdən biri hesab edilir.

    Zəlzələlərin baş verdiyi bölgələr əsasən tektonik plitələrin qovşağında yerləşir. Kamçatka yarımadası da Avrasiya və Sakit okean plitələrinin birləşdiyi nöqtədə yerləşir. Bu plitələr bir-birinə təzyiq göstərərək, zamanla süxurların arasında böyük gərginlik yaradır. Yığılan bu enerji yerin dərinliklərində qırılmalarla azad olur və zəlzələ baş verir.

    Alimlər bu prosesi elastik rebound adlandırırlar. Gərginliyin boşalması nəticəsində plitələr bir-birinin yanından sürüşür və bu zaman torpaq kütlələrinin bir neçə metr hərəkəti müşahidə edilə bilər. Bu sürüşmələr isə əsas zəlzələdən sonra da bir müddət davam edə bilir.

    Kamçatkada baş verən zəlzələ tək bir hadisə ilə məhdudlaşmayıb. Zəlzələdən əvvəlki 10 gün ərzində bölgədə 5,0 və daha böyük maqnituda ilə 50-yə yaxın yeraltı təkan qeydə alınıb. Xüsusilə 20 iyul tarixində baş verən üç 6,6 bal və bir 7,4 bal gücündə zəlzələlər seysmoloqların diqqətini çəkib.

    Zəlzələdən sonra da artçı təkanlar davam edib. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatlarına görə, əsas zəlzələdən sonra bölgədə 6,9 və 6,2 bal gücündə əhəmiyyətli afterşoklar qeydə alınıb. USGS mütəxəssisləri bölgədəki seysmik aktivliyin hələ də davam etdiyini bildirərək, növbəti ay ərzində 7 bal gücündə yeni bir zəlzələnin baş vermə ehtimalını 47 faiz, bir il ərzində isə 8 bal və ya daha güclü zəlzələ ehtimalını 13 faiz olaraq qiymətləndirib.

    #zəlzələ #Zəlzələ Xəbərləri #zəlzələ sonrası layihələr #Kamçatka zəlzələsi #Kamçatka bölgəsi #Kamçatkada ardıcıl dörd zəlzələ baş verdi #Rusiyanın Kamçatka yarımadasında 6 bal gücündə zəlzələ #30 iyul Kamçatka bölgəsində qeydə alınan ən güclü zəlzələ
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə Ərəbistanının Şərq bölgəsində zəlzələ baş verib

    17 Dekabr 2025 15:26

    Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib

    15 Dekabr 2025 14:19

    Yaponiya sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

    12 Dekabr 2025 09:10

    Balıkesirdə 4,9 bal gücündə zəlzələ baş verib

    11 Dekabr 2025 11:31

    Türkiyədə 4,2 bal gücündə zəlzələ olub

    9 Dekabr 2025 16:56

    Türkiyədə 4,9 bal gücündə zəlzələ olub

    8 Dekabr 2025 14:51

    Antalyada 4,3 bal gücündə zəlzələ olub

    8 Dekabr 2025 09:39

    Rusiyada güclü zəlzələ olub

    6 Dekabr 2025 09:25

    İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib

    27 Noyabr 2025 09:41

    Bangladeşdə 5,5 bal gücündə zəlzələ – Dakka şəhərində 3 nəfər həlak olub

    21 Noyabr 2025 11:56

    Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

    20 Noyabr 2025 14:50

    Balıkesirdə 3,5 bal gücündə zəlzələ baş verib

    19 Noyabr 2025 17:16
    Demo
    XƏBƏR LENTİ

    Avropa Parlamentinin qətnaməsi Azərbaycanın daxili işlərinə kobud müdaxilədir - Sevil Mikayılova

    İtaliya Baş naziri Meloni Aİ Zirvəsinin nəticələrindən məmnunluğunu açıqlayıb

    Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    Mixail Mişusti Prezident İlham Əliyevi təbrik edib

    Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

    Volodimir Zelenski Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    Türkiyədən Qazaxıstana mebel ixracı 44 milyon dolları keçib (ÖZƏL)

    İsrail ordusu Qəzza Zolağını hava hücumları təşkil edib

    Bakıda Azərbaycan Din Xadimlərinin II Forumu keçiriləcək

    Zelenski Avropa İttifaqına 90 milyard avroluq kreditə görə təşəkkür edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.