Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    22 saylı Nəsimi-Yasamal Seçki Dairəsinin bəzi məntəqələrində pozuntular olması barədə iddia əsasını tapmayıb

    13 Sentyabr 2024 16:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntular olduğu haqqında iddialar araşdırılıb.

     AzerVoice xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.

    MSK-nın və Ekspert qrupunun üzvü Nailə Əsgərovanın təqdimatına əsasən, dairədən qeydə alınmış namizəd Cahandar İsmayılov bu barədə DSK-nın qərarından şikayət verib.

    Araşdırma zamanı müraciətin əsassız olduğu müəyyənləşdirilib, ərizəçinin iddiaları təmin edilməyib. Beləliklə, DSK-nın müvafiq qərarı dəyişdirilmədən saxlanılıb.

    MSK sədri Məzahir Pənahov əlavə edib ki, şikayətçi "Cahandar Bayoğlu" adı ilə sosial şəbəkələrdə fəaldır:

    "Amma araşdırma zamanı onu iştiraka dəvət edəndə bizə heç bir irad bildirmədi".

    Qeyd edək ki, sözügedən dairədən deputat olmaq üçün 8 namizəd mübarizə aparıb. Asim Mollazadə, Xaliq Hüseynov, Cahandar İsmayılov, İlqar Məmmədov, Xəyalə Əhmədova, İlham Ağayev, Ədviyyə Rəsullu, Ramil Şirinovun namizdə olduğu dairədə Asim Mollazadə qalib gəlib.

    Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

    #Mərkəzi Seçki Komissiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    MSK nümayəndələri Qırğızıstanda parlament seçkilərini müşahidə edəcək

    28 Noyabr 2025 10:11

    Türk Dünyası Seçki Qurumları Platforması Türkistanda qurulub

    14 May 2025 14:12

    Bələdiyyə seçkilərində yekun seçici aktivliyi açıqlandı

    29 Yanvar 2025 20:34

    Bələdiyyə seçkilərində səsvermə başa çatıb

    29 Yanvar 2025 19:05

    Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

    29 Yanvar 2025 18:27

    Bələdiyyə seçkilərində 12:00 üçün olan seçici aktivliyi açıqlanıb

    29 Yanvar 2025 12:47

    Bələdiyyə seçkilərində seçicilərin məlumatlandırılması çap olunacaq bildirişlərin sayı açıqlanıb

    18 Dekabr 2024 17:30

    Bələdiyyə seçkilərində seçiləcək bələdiyyə və üzvlərinin sayı açıqlandı

    2 Dekabr 2024 16:21

    MSK-nın nümayəndə heyəti Moldovada referendum və prezident seçkilərini müşahidə edəcək

    19 Oktyabr 2024 12:20

    Mərkəzi Seçki Komissiyasının araşdırmasında 12 müraciət var - Məzahir Pənahov

    11 Sentyabr 2024 17:47

    MSK daha üç məntəqədə seçkilərin nəticələrini ləğv etdi

    11 Sentyabr 2024 17:35

    MSK bu seçki məntəqələrinin nəticələrini ləğv etdi

    11 Sentyabr 2024 17:30
    Demo
    XƏBƏR LENTİ

    Pakistan təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində 12 silahlı zərərsizləşdirilib

    Qəzza üçün sülh missiyası müzakirələri - Azərbaycan niyə ehtiyatlı mövqe tutur?

    Azərbaycan və BMT arasında şəhərsalma sahəsində əməkdaşlıq müzakirə olunub

    KOBİA-nın yaranmasından 8 il ötür

    Türkiyədə polis-İŞİD qarşıdurması: Yaralanan 7 polis xəstəxanaya yerləşdirilib

    Netanyahu Trampla Qəzza atəşkəsinin ikinci mərhələsini müzakirə edəcək

    Türkiyədən Türkmənistana dəri ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    NFC ödənişləri bütün avtobus marşrutlarında aktivləşdirilib

    Nə üçün Hizbullah silahları dövlətə təhvil verməkdən imtina edir ?

    İran və Səudiyyə Ərəbistanı XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.